Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid gizirin medalı atasına verildi



2013-cü ilin oktyabr ayının 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir Aydın Abdullayevin il mərasimi keçirilib


Oktyabrın 26-da keçirilən mərasimdə Müdafiə Nazirliyi, rayon icra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak ediblər.

Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İslam Gəncəliyev qeyd edib ki, Vətəni Vətənin adına layiq səviyyədə sevmək hər kəsə nəsib olmur. Gizir A.Abdullayev belə bir sevgi ilə yaşadı, belə bir sevgi ilə xidmət etdi və belə bir sevgi ilə şəhid oldu. 

O, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə gizir A.Abdullayevin ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atası Əmiraslan Abdullayevə təqdim edərək, bütün şəhidlərimizin, o cümlədən Aydının da qisasının alınacağını və torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduğunu bildirib.

Şəhid atası Ə.Abdullayev nə qədər ağır olsa da oğlunun şəhid olmasından qürur hissi keçirdiyini, bu diqqətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar