Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailəsi Ramiz Mehdiyevdən kömək istəyir

Şuşa rayon sakini, məcburi köçkün, şəhid ailə başçısı Şükufə Abbasova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri Ramiz Mehdiyevə ünvanladığı müraciəti olduğu kimi dərc edirik


Cənab Ramiz Mehdiyev!

Yazıb Sizə bildirirəm ki, oğlum Gəraylı Samir Sabir oğlu Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 177.2.4 maddəsi ilə 3 il 11 ay azadlıqdan məhrum edilib. Oğlumun etdiyi cinayətdən peşman olmasına, vurduğu maddi ziyanı yerindəcə ödəməsinə və  şikayətçi tərəfin olmamasına baxmayaraq məhkəmə onun haqqında çox ağır bir hökm çıxartmışdır.

Hörmətli Ramiz Mehdiyev!

Hal-hazırda oğlum Gəraylı Samir Sabir oğlu cəzasının 2 (iki) ilini faktiki olaraq çəkmiş və yerdə qalan hissəsini cəzaçəkmə müəsissəsində çəkməkdə  davam edir. Oğlumun atası Rüstəmov  Sabir Gəray oğlu 1992-ci il tarixdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Daşaltı əməliyyatında şəhid olmuşdur. Nənəsi Hüseynova Şəmail və bibisi Rüstəmova Kəmalə 1991-ci ilin dekabr ayının 26-da erməni qəsbkarları tərəfindən Şuşa şəhəri ətrafında - Turşsu yaxınlığında vəhşicəsinə öldürülmüşdür.
 
Hörmətli Komissiya sədri

Həyat yoldaşımı və yaxın qohumlarımı Azərbaycan Respubilkasının bütövlüyü uğrunda gedən döyüşlərdə itirmişəm, digər qız övladımın isə xəstəliyinin səbəbi məlum deyil və nə qədər yaşayacağını bilmirəm. Özüm isə bir müəllimə kimi dövlətdən aldığım əmək haqqı, məcburi köçkünlər üçün çörək pulu və prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə birdəfəlik təyin edilmiş müavinatla kirayədə yaşayıram. Hal-hazırda maddi durumumun ağırlığına görə oğlumun yanına gedə bilmirəm. Oğlum Gəraylı Samir Sabir oğlunun əfv edilməsi üçün Sizin sədri olduğunuz  Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət etmişəm. Bir ana kimi, şəhid ailə başçısı olaraq Sizə müraciət edirəm, mənə köməklik edin. Bir dövlət adamı olaraq oğlum Gəraylı Samir Sabir oğlunu atasının, nənəsinin  və bibisinin şəhid olmasına bağışlayın və onun əfv edilməsi üçün köməklik göstərmənizi xahiş edirəm.

Şəhid ailə başçısı Şükufə Abbasova
Bakı şəhəri,Yasamal rayonu H.Cavid prospekti ev 4, mənzil 6 (055) 338-45-84

(azfakt.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar