Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailə başçısı Ramil Usubovdan kömək istəyir

Şuşa rayon sakini, məcburi köçkün, şəhid ailə başçısı Abbasova Şükufə Gəray qızı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, general-polkovnik Ramil Usubova ünvanladığı müraciəti olduğu kimi dərc edirik

                                      
Cənab Ramil Usubov

Yazıb Sizə bildirirəm ki, oğlum Gəraylı Samir Sabir oğlu Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 177.2.4 maddəsi ilə 3 il 11 ay azadlıqdan məhrum edilib. Oğlumun etdiyi cinayətdən peşman olmasına, vurduğu maddi ziyanı yerindəcə ödəməsinə və  şikayətçi tərəfin olmamasına baxmayaraq məhkəmə onun haqqında çox ağır bir hökm çıxartmışdır.

Hörmətli Ramil Usubov

Hal-hazırda oğlum Gəraylı Samir Sabir oğlu cəzasının 2 (iki) ilini faktiki olaraq çəkmiş və yerdə qalan hissəsini cəzaçəkmə müəsissəsində çəkməkdə  davam edir. Oğlumun atası Rüstəmov  Sabir Gəray oğlu 1992-ci il tarixdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Daşaltı əməliyyatında şəhid olmuşdur. Nənəsi Hüseynova Şəmail və bibisi Rüstəmova Kəmalə 1991-ci ilin dekabr ayının 26-da erməni qəsbkarları tərəfindən Şuşa şəhəri ətrafında - Turşsu yaxınlığında vəhşicəsinə öldürülmüşdür.

Hörmətli Daxili İşlər Naziri!

Həyat yoldaşımı və yaxın qohumlarımı  Azərbaycan Respubilkasının bütövlüyü uğrunda gedən döyüşlərdə itirmişəm, digər qız övladımın isə xəstəliyinin səbəbi məlum deyil və nə qədər yaşayacağını bilmirəm. Özüm isə bir müəllimə kimi dövlətdən aldığım əmək haqqı, məcburi köçkünlər üçün çörək pulu və prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə birdəfəlik təyin edilmiş müavinatla kirayədə yaşayıram. Hal-hazırda maddi durumumun ağırlığına görə oğlumun yanına gedə bilmirəm. Oğlum Gəraylı Samir Sabir oğlunun əfv edilməsi üçün Sizin üzv olduğunuz  Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət etmişəm. Bir ana kimi, şəhid ailə başçısı olaraq Sizə müraciət edirəm, mənə köməklik edin. Bir dövlət adamı olaraq oğlum Gəraylı Samir Sabir oğlunu atasının, nənəsinin  və bibisinin şəhid olmasına bağışlayın və onun əfv edilməsi üçün köməklik göstərmənizi xahiş edirəm.

Şəhid ailə başçısı Şükufə Abbasova
Bakı şəhəri,Yasamal rayonu H.Cavid prospekti ev 4, mənzil 6 (055) 338-45-84(azfakt.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar