Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhəri zibilləyənlər cərimələnəcəklər


Tullantıların şəhər ərazisində qalaqlanması, yandırılması qanun pozuntusu hesab edilir və buna yol verən icra, bələdiyyə nümayəndələri də cəzalandırılır


Bu barədə ölkə.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.

Nazirlik əməkdaşı bildirib ki, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi "İstehsalat və Məişət Tullantıları" haqqında qanunun tələblərinə, bu sahədə ölkə başçısının müvafiq sərəncamları və Nazirlər Kabinetinin təsdiq olunmuş qaydalarına uyğun həyata keçirilir.

Bakı şəhərində tullantıların yığılması, daşınması işinə Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri, onların aidiyyəti strukturları (Mənzil Kommunal Təsərrüfat İstehsalat Birlikləri), zərərəsizləşdirilməsinə isə Təmiz Şəhər ASC baxır.

Tullantıların şəhər ərazisində qalaqlanması, yandırılması qanun pozuntusudur. Belə halların yol verilməsi ilə bağlı inzibati xəta törətdiklərinə görə İnzibati Xətalara Məcəlləsinin 271-ci maddəsinə əsasən fiziki, vəzifəli və hüquqi şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Həmin maddəyə görə fiziki şəxslər 500-800, vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 6500-8000 manat məbləğədək cərimə edilirlər.

Nazirlikdən bildiriblər ki, tullantıların qalaqlanması faktları baş verdikdə ilk növbədə bu sahədə cavabdeh olan rayon icra hakimiyyətinə və mənzil kommunal təsərrüfat istehsalat birliklərinə müraciət edilməlidir.

ETSN bu sahədə dövlət nəzarətini həyata keçirən orqan kimi nəzarət tədbirləri həyata keçirir, bu sahədə aşkar olunan qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun qaydada tədbir görür və aşkar olunmuş faktların aradan qaldırılması üçün aidiyyəti qurumlar qarşısında tələblər qoyur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar