Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şaxta Babanın qucağında ölən oğlanın ağrı dolu hekayəsi


Faciəvi hadisə Amerikanın Tenessi ştatında, qışın ilk günlərində baş vermişdi


Ölümcül xəstə uşaq Şaxta Babanın qucağında canını tapşırmışdı. Bu dəhşətli hadisəni NBC telekanalındakı jurnalistə Yeni il ərəfəsində supermarketlərin birində Şaxta Baba işləyən Erik Mit Matçen danışıb.
 
- Mən işdən evə gəlmişdim. Bu vaxt xəstəxanadan bir tibb bacısı mənə zəng elədi. Qadın dedi ki, palataların birində beş yaşlı uşaq ölmək üzrədir, Yeni ilə çıxa bilməyəcəyindən qorxur. – Erik söhbətə başladı.
 
Zəngin üstündən heç 15 dəqiqə keçməmişdi, Erik artıq küçədə idi. Sıx, qalın ağ saqqalı, iri qarnı onu Şaxta Babaya oxşadırdı. Tələsdiyindən əynindəki nağıl personajının kostyumunu çıxartmağa vaxtı olmamışdı.
 
Palatanın qapısının ağzında uşağın anası Erikin əlinə bir hədiyyə tutuşdurur. Bu oyuncaq “Patrul küçüyü” multiserialının qəhrəmanı idi.
 
- “Mənə Yeni ili keçirmək üçün yığışmışıq dedilər” - içəri girəndə bunu dedim. – Ancaq uşaq mənə cavab verdi ki, öləcəm.
 
Şaxta Baba uşağa yaxınlaşıb.
 
- Səni əmin edirəm ki, mələklər Yeni ilin sənsiz keçməyinə icazə verməz... – gülümsəyib uşağa.
 
Ona dedim ki, mən Şaxta Babanın köməkçisiyəm. O gəlməmişdən əvvəl bütün qapılar açılacaq.
 
Uşaq həyəcanla soruşub:
 
- Doğrudan?
 
Göz yaşlarını saxlaya bilməyən Erikin son sözləri:
 
- Uşaq gülümsündü, məni qucaqladı və öldü.
 
Erik danışır ki, bu hadisə onun Şaxta Baba olmaqdan imtina etməsinin qarşısını aldı. Dəhşətli günün ertəsində o gülümsəyən uşaqlar gördü və anladı ki, onun işi uşaqların gülüşü üçün lazımdır.
  
Ayxan Ayvaz(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar