Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda “Sabir poeziya günləri” davam edir


Mayın 30-da Şamaxıda “Sabir poeziya günləri” çərçivəsində ənənəvi tədbir keçirilib


Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Əhməd Qəşəmoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Yaşar Məcid, əməkdar artist Ağalar Bayramov və respublikanın digər tanınmış şair və yazıçıları, həmçinin Cənubi Azərbaycandan gəlmiş qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzmüşlər. Daha sonra M.Ə.Sabirin və S.Ə.Şirvaninin qəbirüstü abidələri ziyarət edildikdən sonra tədbir Mədəniyyət Mərkəzində davam edib.

Tədbiri giriş sözü ilə şair Əjdər Ol açmış, bu bayramın tarixindən, əhəmiyyətindən geniş bəhs etmişdir. Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Sabir poeziya bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan sonsuz ehtiramdan, xalq məhəbbətindən söz açıb.

Sonra çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışmış, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə xalq məhəbbətindən söz açmış, Sabirin damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün əbədi qürur mənbəyi olduğunu vurğulayıb.

Tədbirdə AYB-nin  üzvü şair Əhməd Qəşəmoğlu, AYB-nin  katibi Yaşar Məcid, Cənubi Azərbaycandan olan şair Sayman Aruz və digər şair və yazıçılar çıxış edərək şairin keçdiyi çətin həyat yolundan, yaradıcılığından və ömür yolunun müxtəlif məqamlarına toxunaraq onun satiralarını müsəlman Şərqində bir intibah, oyanış kimi qiymətləndirmiş, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının bir çox fikirlərinin hər zaman aktual olduğu diqqətə çatdırılmış, onun şeirlərinin Azərbaycan ədəbiyyatında mühüm yer tutduğu vurğulanmışdır.
Tədbirdə şairin nəvəsi Sevda Tahirli, qiraət ustası, əməkdar artist Ağalar Bayramov şairin şeirlərini səsləndirmiş, aşıq Məharət Habiloğlunun  ifasında aşıq mahnıları, xanəndə Habil Şıxəliyevin ifasında muğam və xalq mahnıları səsləndirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar