Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda “Həmkarlar ittifaqına üzv ol” mövzusunda seminar keçirilib

İyunun 24-də Şamaxıda “Həmkarlar ittifaqına üzv ol” mövzusunda seminar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə keçirilən keçirilib


Seminarda Şamaxı və ətraf rayonlardan olan həmkarlar ittifaqı komitələrinin sədrləri və fəalları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova iştirakçıları salamlayaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əmək münasibətlərinin tənzimlənməsi, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin mənafelərinin müdafiəsi sahsində gördüyü işləri diqqətə çatdırmış, dövlət tərəfindən həmkarlar ittifaqlarına xüsusi diqqət göstərildiyini bildirərək seminarın işinə uğurlar arzulamışdır.

Mövzu ilə bağlı çıxış edən AHİK-in təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov qeyd etmişdir ki, AHİK-in IV qurultayında qəbul edilmiş 2013-2018- ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas İstiqamətlərdə müəyyən edildiyi kimi həmkarlar ittifaqlarının gücünü daha da artırmaq üçün həmkarlar ittifaqının hüquq və azadlıqlarının müdafiə edilməsi, milli qanunvericiliyə əməl edilməsi, həmkarlar ittifaqı strukturunun təkmilləşdirilməsi, yeni üzvlərin cəlb edilməsi, gənclərin irəli çəkilməsi, kadrların hazırlanması əsas vəzifə kimi həmkarlar ittifaqı qarşısında durur.

Əli Cəfərov vurğulamışdır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həmkarlar ittifaqı üzvlərinin artırılması tendensiyası və dinamikasını təhlil edərək üzv təşkilatlarında yeni üzvlərin cəlb edilməsi ilə əlaqədar problemlərin mövcudluğunu, həmkarlar ittifaqına gənclərin cəlbi zamanı onların maraqlarının nə ilə əlaqədar olduğunu sistemli şəkildə öyrənir və müvafiq tədbirlər həyata keçirir.

Həmkarlar ittifaqına üzvlüyün əsaslandırılması, sayının artırılması məsələsi müasir dövrdə həmkarlar ittifaqları üçün çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Əli Cəfərov bildirmişdir ki, son zamanlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Həmkarlar ittifaqları haqqında Qanuna, İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən görünür ki, işçilərin sosial-iqtisadi problemlərinin həlli daim diqqət mərkəzindədir.

Seminarda AHİK-in təşəbbüsü ilə dərc olunan “İlk həmkarlar ittifaqını necə yaratmalı” və “Sənin həmkarlar ittifaqının sənin müdafiəçindir” kitablarının təqdimatı keçirilib.

Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılmış, səsləndirilmiş təkliflər dəyərlənirilmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar