Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda yol qəzasında ölən şəxsin və yaralanan 5 nəfərin adı məlum olub


Şamaxıda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən bir nəfərin və xəsarət alan 5 nəfərin adları məlum olub


APA-nın yerli bürosunun xəbərinə görə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində Şəki-Bakı marşurutu üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusunun "VAZ 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində Şəki sakinləri-1984-cü il təvəllüdlü Əhmədov Rüfət İsmayıl oğlu, 1988-ci il təvəllüdlü Daşdəmirov Bəşər Nurlan oğlu, 1992-ci il təvəllüdlü Zeynallı Zeynal Elbrus oğlu, 1958-ci il təvəllüdlü Əhmədova Muxsa Sırac qızı, Qax sakini, 2001-ci il təvəllüdlü Kərimova Günel Aftandil qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Hadisə zamanı Şəki sakini 1998-ci il təvəllüdlü Əhmədli Röyal Fətəli oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:30 radələrində magistral yolun Şamaxının Meysəri kəndindən keçən hissəsində qeydə alınıb.
 
"Ford Transit"markalı sərnişin mikroavtobusunun "VAZ 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb.
 
Hazırda təcili yardım stansiyasının briqadası və yol polisi əməkdaşları hadisə yerindədir. Ölən və yaralıların kimliyi barədə əlavə məlumat veriləcək.
 
Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar