Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda vulkan püskürməsi dayandı

Yanvarın 15-də gecə saat 00:23-də Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürüb


Püskürmə 3-5 dəqiqə davam edib, hündürlüyü 10, diametri 60-70 metr, məhsullarının həcmi 1490 kubmetr olub. Püskürmənin qalınlığı mərkəzi hissədə 50-70, kənarlarda 20 santimetr təşkil edib. Hazırda proses dayanıb və aktivlik gözlənilmir.

Bu barədə “AzərTAc”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev məlumat verib.

Direktor bildirib ki, ümumiyyətlə, bölgə palçıq vulkanları zonasıdır. Həmin vulkan klassik vulkanlar sırasına daxildir. Hər tərəfdən palçıq vulkanları ilə əhatə olunub. Son dəfə 2-3 il əvvəl püskürmə qeydə alınıb. Püskürməyə səbəb ocaq zonasında qazların və təzyiqli suların toplanması və tektonik aktivlikdir.

Ə.Əliyev nazirliyin əməkdaşlarının əraziyə baxış keçirdiyini və təbiət hadisəsinin yaşayış məntəqələrinə yaxın olsa da, heç bir təhlükə törətmədiyini, təsərrüfata zərər vurmadığını vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar