Cümə axşamı, 17 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Şamaxıda ötən ilə dair hesabat yığıncağı keçirilib


Fevralın 9-da Şamaxıda 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib


Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu öndərə məhəbbət və ehtiramlarını ifadə ediblər. 

Sonra tədbirin keçirildiyi rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, habelə Şamaxının milli mətbəxinin nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışı.

Rayon rəhbəri çıxışında ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar, rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2017-ci il Şamaxı rayonu üçün də uğurlu olmuşdur. 2016-cı illə müqayisədə 2017-ci ildə ümumdaxili məhsulun həcmi 21 faiz artaraq 181,7 milyon manat olmuşdur. 2016-cı illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 28,8 faiz artaraq 6,7 milyon manat təşkil edib.

Vurğulanıb ki, əsas kapitala investisiya qoyuluşu tikinti-quruculuq işlərinin genişləndirilməsinə, rayonun aqrar sektorunun inkişafına mühüm təsir göstərmişdir. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 38,8 milyon manat vəsait yönəldilmişdir. 2017-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 92,1 faiz artaraq 38,8 milyon manat olub.

Rayon ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektləri üzrə pərakəndə əmtəə dövriyəsinin həcmi 259,2 milyon manat olmuş, əvvəlki ilə nisbətən 14,5 faiz artıb.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətin həcmi xeyli çoxalmışdır. Əhali 53,6 milyon manatlıq pullu xidmətdən istifadə etmiş, ötən illə müqayisədə 9,8 faiz artım əldə olunub.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”a uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə rayonun inzibati ərazisinin Padar və Yasamal adlanan qış otlaq sahələrində yaradılmış iri taxılçılıq təsərrüfatları 2017-ci ildə rayonun kənd təsərrüfatı sahəsinin inkişafına, əhalisinin ərzaqla təminatının yaxşılaşdırılmasına və yeni iş yerlərinin açılmasına xidmət göstərib.

Tədbirdə çıxış edənlər 2017-ci ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, mövcud problemlərdən söhbət açaraq, aqrar bölmənin və sahibkarlığın inkişafı ilə bağlı təkliflərini bildiriblər.

Sonra müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub, yığıncaq iştirakçıları adından Prezident cənab İlham Əliyevə müraciət qəbul edilib.

pia.az
Etiket:
loading...