Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib


İyulun 21-də Şamaxı Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin birgə təşkilatçılığı ilə ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib


Tədbir iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər. 

Heydər Əliyev Mərkəzində keçirilən görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev iştirakçıları salamlayaraq tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik etmiş, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışmışdır. Milli Ordumuzun müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısı olduğunu qeyd edən rayon rəhbəri bu gün qazanılan bütün uğurların Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. Bildirmişdir ki, hələ sovetlər dövründə Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə Bakıda hərbi məktəbin yaradılması bugünki qüdrətli ordumuzun əsasını təşkil etmiş, milli hərbi kadrların hazırlanması yolunda möhkəm başlanğıc olmuşdur. Təsadüfi deyildir ki, bu gün Azərbaycan Ali Hərbi Məktəbi məhz xalqımızın Dahi Rəhbəri Heydər Əlirza oğlu Əliyevin adını daşıyır.

Natiq Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla aparıldığını qeyd etmişdir.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayon Təhsil Şöbəsinin müdiri Evaz Eminalıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov və ordudan tərxis olunmuş gənclər çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində aparılan işlərdən, dövlətimizin gənclərə diqqət və qayğısından söhbət açmış, bildirmişlər ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir, regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Çıxış edənlər Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirmişlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar