Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda narkotik plantasiyası aşkarlandı


Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin əkilib becərilməsi hallarına qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı rayon, Qaleybuğurd kəndində külli miqdarda narkotik xassəli bitkinin əkilib becərilməsi barədə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
 
Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 60 yaşlı Sərdar Şərifzadənin icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaqda narkotik maddə plantasiyası aşkarlanıb. Sahədən hündürlüyü 2 metrdən çox olan 100-ə yaxın çətənə kolu maddi sübut kimi götürülüb. S.Şərifzadə ifadəsində bildirib ki, narkotik maddə becərmək məqsədilə torpağı may ayında icarəyə götürüb və sahibinin razılığı ilə çətənə kolları əkib. Bu müddət ərzində narkotik xassəli bitkilərə xüsusi aqrotexniki qaydalara uyğun qulluq edib.
 
S.Şərifzadə həmçinin bildirib ki, çətənə kollarının daha yaxşı inkişaf etməsi üçün xüsusi gübrələrdən də istifadə edib. Yaxın günlərdə kolları yığaraq qurudub satmağa hazırlaşsa da, istəyinə çata bilməyib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar