Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda hesabat yığıncağı keçirilib


Şamaxı rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib


18 aprel 2017-ci il tarixdə Şamaxı rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Çıxışı zamanı rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin ölkədə iqtisadi durumun yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarını xüsusi vurğulayaraq ötən müddət ərzində bu istiqamətdə mühüm işlər görüldüyünü, iri taxılçılıq təsərrüfatları, yeni turizm obyektləri yaradıldığını qeyd edib, həmçinin turizmin inkişaf etdirilməsi məqsədilə rayonun Çuxuryurd və Nağaraxana kəndlərinin mərkəzi küçələrində, ucqar dağ kəndlərindən Dəmirçi kəndində quruculuq və abadlıq işləri aparıldığını, kəndin tam qazlaşdırldığını və həmin kənddən İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yeni 22 km-lik avtomobil yolunun tikintisinin davam etdirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, yeni iş yerlərinin açılması da diqqət mərkəzində saxlanılıb, bu ilin ilk üç ayında rayon üzrə 1831 daimi iş yeri açılıb.
İcra başçısı rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutduğunu, görülən tədbirlər nəticəsində bu ilin üç ayı ərzində bu sahədə  8,6 milyon manatlıq məhsul istehsal edildiyini bildirib. Qeyd edilib ki, keçən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilən Şamaxıda bu sahənin inkişafına xüsusi diqqət göstərilir və hazırda rayon üzrə üzümlüklərin sahəsi 1640 hektara çatdırılıb.

Çıxışının sonunda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qeyd etmişdir ki, aprelin 10-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcək.

Şamaxı Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Vəlixan Qarayev, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilov, rayon Məşğulluq Mərkəzinin direktoru Ceyhun Səmədov və rayon Statistika İdarəsinin müdiri Azər Məmmədov məruzə ətrafında müzakirələrdə iştirak edibşlər. Ümumilikdə 2017-ci ilin birinci rübünün yekunları rayonumuz üçün müsbət qiymətləndirilib.

Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri, və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar