Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib
"Report"un Şirvan bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü yerli sakin Əkbərov Mirhüseyn Seyran oğlu naməlum şəraitdə bıçaqlanıb.
Yaralı Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
pia.az