Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub


Bu gün Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib


Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini Ümummilli Liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirmiş, abidənin önünə tər çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam etdirilmiş tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq dahi azərbaycanlı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışmış, Ulu Öndərin hakimiyyəti illərinin istər Sovetlər, istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyini bildirmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş hərtərəfli inkişaf siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən rayon rəhbəri bu gün Azərbaycanın adının dünyanın inkişaf etmiş ölkələri sırasında olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən rayon prokuroru Zakir Müslümov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, YAP Şamaxı rayon Təşkilatının sədri Bəxtiyar Abbasov və Mədrəsə qəsəbə tam orta məktəbinin müəllimi Rahib Qasımov Ulu Öndərin Azərbaycançılıq ideyasından, ölkəmizin müstəqqillik qazanması və çiçəklənməsi yolunda atdığı addımlardan danışaraq onun əziz xatirəsinin Azərbaycan xalqının ürəyində əbədi yaşayacağını bildiriblər.

Sonda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən həmişə bizimləsən!” adlı sənədli filmə və Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolara baxılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar