Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda Su çərşənbəsi qeyd olunub


Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz yurdumuza öz mübarək qədəmlərini basır


PİA.AZ  xəbər verir ki, bu gün Novruz bayramının əsas atributlarından olan çərşənbələrin birincisi - Su çərşənbəsi Şamaxıda da böyük coşqu ilə qeyd olunub.

Şamaxı şəhərinin mərkəzi parkında keçirilən bayram şənliyində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak etmişlər.
Bu bayram ərəfəsində elimizin adət-ənənələri, icra etdiyi ayin və mərasimlər nəsildən-nəslə keçərək dövrümüzə gəlib çatmışdır. Bu gün də böyük həvəslə təşkil olunan mərasimlər istər yaşlı, istərsə də gənc nəsil üçün maraq doğurur.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şənlik iştirakçılarını və bütün şamaxılıları Su çərşənbəsi münasibətilə təbrik etmiş, hamıya ən xoş arzularını çatdırmışdır.
İcra başçısı bildirmişdir ki, dünyanın bir çox ölkəsində hökm sürən iqtisadi böhrana baxmayaraq hər il olduğu kimi bu il də xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruz sеvincləri ilə yаşаyаn, füsunkаr təbiəti bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Şamaxıdа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Şamaxı şəhərində, kənd və qəsəbələrdə gеniş аbаdlıq və quruculuq işləri aparılır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə Şamaxının siması sürətlə dəyişir.

Natiq təbrik nitqində həmçinin rayonda abadlıq, quruculuq işlərinin daha geniş vüsət almasından, yeni infrastruktur layihələrin icrasına başlanmasından ətraflı bəhs etmiş, 2017-ci ilin də xalqımız üçün uğurlu illərdən olacağını əminliklə söyləyib.

İcra başçısı çıxışının sonunda 2017-ci ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayaraq bildirmişdir ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq nəsib etsin.

Sonra çərşənbə adətlərinə uyğun olaraq tonqal qalanmış, incəsənət ustalarının ifasında mərasim nəğmələri və xalq mahnıları ifa olunmuşdur. Qara zurnanın müşayiəti ilə gənc idmançıların nümunəvi çıxışları, Bahar Qızı, Kosa və Keçəlin meydana daxil olması, tonqalın ətrafında gənc rəqqasların milli musiqinin sədaları altında rəqs etməsi iştirakçılara xüsusi bayram ovqatı bəxş edib.

Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən kiçiyə hər kəsin böyük sevincinə səbəb olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar