Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda DİN Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə tədbir keçirilib


Bu gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Şamaxı rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin akt zalında yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə yol-nəqliyyat hadisələrinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib


Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağım komandiri Mərdan Mehdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qasım Qasımov yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, belə tədbirlərin təşkilinə verdiyi dəstəyə görə BŞDYPİ-yə təşəkkürünü bildirib.

Sonra Mərdan Mehdiyev çıxış edərək yol-nəqliyyat hadisələri, onların təhlili, əldə edilən nəticələr, hadisələrin baş vermə səbəbləri, onların acı nəticələri, eləcə də maddi və insan itkiləri ilə bağlı məlumatlar vermiş, son zamanlar aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq yol-nəqliyyat hadisələrinin azaldığı qeyd etmişdir. O, yol hərəkəti qaydalarının tələblərinin yerinə yetirilməsində nizam-intizama dəvət edilməsi məqsədilə hər kəsi DYP ilə birgə bu istiqamətdə keçiriləcək tədbirlərdə, təbliğat işinin gücləndirilməsində yaxından iştirak etməyə dəvət edib.

Görüşdə xüsusilə gənclər tərəfindən böyük maraq göstərilən və Rusiya istehsalı olan "VAZ - 2106" və "VAZ - 2107" markalı avtomobillərdə konstruksiya dəyişikliyi, səs siqnalları, ictimai nəqliyyatdakı nöqsanlar, piyadaların məsuliyyətə cəlb edilməsi və əldə edilən nəticələrlə bağlı çoxsaylı suallara cavab verilmiş, fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar