Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda 4 kəndlə əlaqə kəsildi


Şamaxıda yeni sürüşmə zonaları yaranıb


Asfalt örtüyünün sürüşməsi yolun bir hissəsini bağlayıb, nəticədə 4 kəndin rayonla əlaqəsi çətinləşib. 

1 həftədir yağan güclü leysan yağışlarından sonra Şamaxı-Qızmeydan avtomobil yolunda yeni sürüşmə zonaları yaranıb. Yolun 2 hissəsində yenidən baş verən uçqun nəticəsində asfalt örtüyü 5 metr dərinliyində çöküb. 40-50 metrdən artıq ərazini əhatə edən sürüşmənin baş verdiyi yolda iri çatlar əmələ gəlib və avtomobillərin işi çətinləşib. 

Təbriz Soltanov - Sürücü: "1-2 həftə bundan qabaq gəlmişdim, sürüşmə az idi. Bu gün gəldim, sürüşmə artıb. Bir 30-40 metr var sürüşmə. Bir maşın keçməyə yol yoxdu sürüşməyə görə".

Yolun kənarında olan daş maneələr də torpağın altında qalıb. Uçqunların sərt döngələrdə baş verməsi isə sürücülər üçün daha ciddi təhlükə yaradıb. Xüsusilə gecə saatlarında vəziyyət daha da çətinləşir. 

Rizvan Maniyev - Sürücü: "Yağdıqca sürüşmə daha da artır. Asfalt örtüyü tamam gedibdi. Görmək olmur. Yol aşıb, gələndə az qalırsan girəsən çalaya". 

Samir Şirəliyev - Sürücü: "Günü-gündən sürüşmə artır, ağır maşınla çıxmaq olmur. Balaca maşınla yenə gediş-gəliş var. Biz çox çətinlik çəkirik, qorxuruq. Yükümüz ağır olur həm də. Adam deyir, bu dəqiqə asfalt uçar, qalarıq bədbaxt gündə". 

Sürüşmənin getdikcə daha böyük məsafəni əhatə etməsi, uçqunların miqyasının böyüməsi yolun daralmasına səbəb olur. Hazırda sürüşmə aktiv fazadadır, yağışlar davam edərsə yol tamamilə bağlana bilər. (ARBTv)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar