Ölkənin şimal və şimal-qərb bölgəsində şaxtalı hava hökm sürür
Hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı-Yevlax, Ağsu-Muğanlı-İsmayıllı magistrallarında qatı duman müşahidə olunur. Bu səbəbdən avtomobillərin hərəkətində çətinlik yaşanıb.
Sürücülər maşınların sürət həddini aşağı endirmək məcburiyyətində qalıblar. Odur ki, bu istiqamətdə hərəkət edərkən sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur. (ARB TV)
pia.az