Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şairə Nurəngiz Gün dəfn olundu



Şairə Nurəngiz Gün dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunub


Mərhumun evində təşkil olunmuş vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı, Fikrət Qoca, millət vəkilləri, ziyalılar iştirak ediblər.
 
Xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, mərhumun qızı, millət vəkili Jalə Əliyeva və başqaları N. Günün ömür yolu, ədəbi və bədii yaradıcılığı haqqında danışıb, onun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi qiymətləndiriblər.
 
Daha sonra mərasim iştirakçıları mərhumun ruhuna dualar oxuyub, Allahdan rəhmət diləyiblər.
 
N. Günün üç mərasimi dekabrın 22-də “Təzəpir” məscidində keçiriləcək.

Qeyd edək ki, şairə Nurəngiz Gün dekabrın 20-də dünyasını dəyişib. Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilir. (apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar