Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadələrin 800 milyardına dövlət əl qoydu - Qalmaqal böyüyür


Səudiyyə Ərəbistanında baş verən misli görünməmiş proseslər dünyanın diqqət mərkəzindədir


Vəliəhd şahzadə Muhammed bin Salmanın əmri ilə kral ailəsinin üzvlərinin və məmurların, iş adamlarının ötən həftə sonundan başlayan həbsləri davam edir. Həbs olunanların bank hesabları və digər aktivləri dondurulub, məlumatlara görə həbs siyahısında 500-dən çox adamın adı var.
 
Bu arada “The Wall Street Journal” qəzeti yazıb ki, vəliəhdin rəhbərlik etdiyi korrupsiyaya qarşı mübarizə üzrə Ali komitə cəmi 800 milyard dollarlıq aktivləri və bank vəsaitlərini müsadirə etməyə hazırlaşır. Bu aktivlər həbs olunan şahzadələrə və məmurlara, biznesmenlərə məxsusdur. İndiyədək 60-dan çox adam həbs olunub, onlara qarşı çirkli pulların yuyulması, dövlət vəsaitlərinin mənimsənilməsi, hakimiyyətdən sui-istifadə, rüşvətxorluq kimi ittihamlar irəli sürülüb. Həbs olunanlar Ər-Riyaddakı beşulduzlu “Ritz Carlton” otelində saxlanılır.
 
Qəzetə məlumat verən mənbə deyib ki, müsadirə olunan aktivlər dövlətə veriləcək. Lakin bu aktivlərin xeyli hissəsi xaricdə olduğu üçün onların Səudiyyə Ərəbistanına gətirilməsi çətin görünür. Bununla belə əgər nəzərdə tutulan aktivlərin bir qismi belə müsadirə edilsə, Səudiyyə Ərəbistanı maliyyə vəziyyətini xeyli düzəldə bilər. Neftin ucuzlaşmasından sonra bu ölkə ehtiyatlarını sürətlə xərcləyib, hətta xaricdən borc almalı olub.
 
Analitiklər Səudiyyə Ərəbistanında baş verən prosesləri kral Salmanın sevimli oğlu və vəliəhdi Muhammedin atasından sonra hakimiyyəti öz əlində cəmləşdirmək məqsədi ilə izah edirlər. (Virtualaz.org)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar