Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Mustafayev Özbəkistanda səfərdə olub



İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub


Nazirlikdən daxil olan məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Özbəkistanın baş nazirinin müavini Uluqbek Roziqulovla görüşüb.

Görüşdə iki ölkəni möhkəm tarixi, mədəni əlaqələrin bağladığı, bugünkü münasibətlərin də məhz bu baza əsasında formalaşdığı və inkişaf etdiyi qeyd olunub. Nümayəndə heyətinin başçısı, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında bir sıra iqtisadi sahələrdə, eləcə də nəqliyyat, tranzit daşımaları kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, Özbəkistan yüklərinin Azərbaycandan keçməklə dünya bazarına çıxarılması, ticarət əlaqələrinin genişləndirilməsi, Özbəkistanda istehsal edilən müxtəlif avtomobillərin Azərbaycana ixracı məsələləri barədə müzakirələr aparılıb.

Səfər zamanı nazir Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyev və iqtisadiyyat naziri Qalina Saidova ilə görüşüb.

Görüşlərdə ölkələr arasında iqtisadi, ticarət əlaqələrinin və investisiya əməkdaşlığının daha da genişləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb, Özbəkistanda istehsal edilən kənd təsərrüfatı texnikasının və müxtəlif məhsulların ölkəyə ixracı, Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracı kimi məsələlər də müzakirə edilib. Görüşlərdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, işgüzar səfərlərin, birgə biznes forumların və sərgilərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyəti diqqət çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistanın bir sıra istehsal müəssisələrində olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar