Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Cəfərli: “Bu, Azərbaycanın Qərbə doğru revanşıdır”


Ekspert Qərbin Əfqanıstandakı antiterror missiyasında iştirakın genişləndirilməsinin əhəmiyyətindən danışdı


NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun 70 nəfər sülhməramlısı yanvarın 9-da plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini nəzərə alaraq NATO Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında qüvvələrin sayının artırılması ilə bağlı Alyansa üzv olan və tərəfdaş ölkələrə müraciət edib.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 23 noyabr 2017-ci il tarixində NATO-nun Brüssel şəhərindəki mənzil qərargahındakı çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağı barədə bəyanat verib.

Bu məqsədlə Milli Məclis 29 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərara dəyişikliklər edib.

Azərbaycan sülhməramlı kontingentinin sayının artırılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilib.

Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 2018-ci ildən etibarən “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 Azərbaycan zabiti, eləcə də 2 hərbi həkim olmaqla, sülhməramlılarımızın sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.

Bəs Azərbaycan hərbçilərinin Əfqanıstanda olmasının ölkəmiz üçün əhəmiyyəti nədir?

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarına töhfə verməsinin ciddi siyasi əhəmiyyəti var. Əvvəla, bu, Azərbaycanın dost ölkə Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasında rol oynadığını göstərir. Əsgərlərimiz orada həm strateji obyektlərin qorunmasında iştirak edir, həm də öz əfqan həmkarları ilə təcrübə mübadiləsi həyata keçirir. Əfqanıstan rəhbərliyi bunu yüksək qiymətləndirdiyini dəfələrlə bəyan edib: “Digər tərəfdən, Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayını artırmaq qərarını rəsmi Bakının Qərbə doğru reveransı kimi də qiymətləndirmək olar. Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp ötən ilin avqustunda yeni Əfqanıstan strategiyasını elan edib. Strategiyaya əsasən Əfqanıstandakı ABŞ hərbçilərinin sayı artırılacaq. Düzdür, elə də böyük artım gözlənilmir və 11 mindən bir az çox olan ABŞ hərbçilərinin sayı 16 minə çatdırılacaq. Bundan başqa, ABŞ əfqan xüsusi təyinatlılarının təlim proqramını da genişləndirəcək. NATO-nun lider dövləti olan ABŞ-ın yeni strategiyasına uyğun olaraq bu hərbi-siyasi blok tərəfindən də müvafiq addımlar atılır. NATO Əfqanıstanda həyata keçirdiyi ”Qətiyyətli dəstək" (Resolute support) missiyasını davam etdirəcəyini və gücləndirəcəyini açıqlayıb. Missiyada iştirak edən üzv və tərəfdaş ölkə hərbçilərinin, eləcə də təlim proqramına cəlb edilən əfqan xüsusi təyinatlılarının, hərbi pilotların sayının artırılması, Əfqanıstan ordusunun təchizatının gücləndirilməsi nəzərdə tutulur. Azərbaycan NATO-nun tərəfdaşı olaraq bu missiyada iştirakını davam etdirməyə və gücləndirməyə qərar verib. Ölkəmizin ABŞNATO-nun bu siyasətinə töhfə verməsi mühüm hadisədir. Bu, onu göstərir ki, Azərbaycan çoxvektorlu xarici siyasətini davam etdirir və Qərblə Rusiya arasında balansı saxlamağa çalışır".

Ekspert qeyd etdi ki, zaman-zaman Azərbaycanın Rusiya lehinə strateji seçim edəcəyi, onun inteqrasiya layihələrində yer alacağı barədə söz-söhbətlər yayılsa da, bunun əsaslı olmadığını görürük: “Əksinə, Azərbaycan Əfqanıstandakı sülhməramlı əməliyyatlara dəstək verməklə həm də Qərbin Mərkəzi Asiyada mövqelərinin gücləndirilməsinə dəstək vermiş olur ki, bunun Rusiyanı məmnun etmədiyini anlamaq çətin deyil. Yəni Azərbaycanın siyasəti dolayısı ilə Rusiyanın maraqlarına qarşı yönəlib. Qərbin sözügedən regionda möhkəmlənməsi Özbəkistan, Türkmənistan, Tacikistan kimi keçmiş sovet respublikalarını da Qərb və Rusiya ilə münasibətlərdə Azərbaycanın müəyyənləşdirdiyi kursa bənzər xarici siyasət yeritməyə sövq edir. Bu isə Rusiyanın, eyni zamanda İranın və Çinin mövqelərinin zəifləməsi deməkdir. Əgər ABŞNATO Əfqanıstandan çıxsaydı, yaranacaq boşluğu məhz Rusiya, Çin və İran dolduracaqdı. Vaşinqtondakı strateqlər buna yol vermək istəmir. Düşünürəm ki, son vaxtlar Azərbaycan-Qərb münasibətlərində müəyyən istiləşmənin müşahidə olunmasında rəsmi Bakının Əfqanıstana əlavə əsgər göndərmək barədə qərarının da təsiri var”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar