Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahbazovanın badımcan Zadəsi və Zadənin Rəfiqi


Babamın 5 oğlu çoban olub


Öləndə pulunu atama, çomağını əmimə vəsiyyət etmişdi. Bu cümləni yaddaşınıza alıb dalımca gəlin.

Professor Şahnaz Şahbazova müsahibəsində qeyd edib ki, Lütfi Zadə kitablarını, yazı masasını, köhnə kompüteri və iki ədəd kitab şkafını mənə bağışlayıb.

Sonra da deyib ki, özümü Lütfi Zadənin varisi və vəliəhdi hesab etmirəm. Onun varisi və vəliəhdi oğlu Normandır. Başqa heç kəs deyil. Əgər Rafiq Əliyev özünü varis hesab edirsə, ona heç bir söz deyə bilmərəm.

Yox, belə olmadı, adamın sitatını olduğu kimi verək: "Saytlardan biri Rafiq Əliyevin dediklərini elə işıqlandırır ki!.. Əksinə, bu, Lütfi Zadəyə qarşı hörmətsizlikdir. Rafiq Əliyev nə danışır, danışsın. Bəlkə belə danışmaqla təskinlik tapır..."

Söhbət Lütfi Zadənin dünya alimlərinə qeyri-səlis məntiq və qərarqəbuletmə nəzəriyyələri haqqında müraciəti üçün nişan verdiyi Rafiq Əliyevdən gedir.

Ki, hələ 2008-ci ildə Mir Şahinin görkəmli alim haqda hazırladığı filmdə Lütfi Zadə Rafiq Əliyevi varisi elan etmişdi – ölümündən 9 il əvvəl, huşu-başı, elmi fəaliyyəti yerində olanda, həm də birbaşa, efirdə, lent yazısı indi də durur.

Professor Şahnaz Şahbazova sevinclə qeyd edir ki, Zadə səbzi qovurma, qiymə-badımcanı xoşlayırdı. Mən də hazırlayıb verirdim. Aha, bu sitatı da yadda saxlayın.

Saniyən nə deyir Şahnaz xanım? Deyir ki, yemək sifariş edən zaman heç vaxt badımcanın adını ingilis dilində deməzdi. Həmişə deyirdi ki, bizə badımcan verin. Ofisiant soruşurdu ki, siz nə deyirsiniz? Mən də tez badımcan sözünü ingiliscəyə tərcümə edib, ofisianta deyirdim.

Belə başa düşdüm ki, Zadə ilə Şahnaz xanımın münasibətləri dolma, badımcan, iynə-dərman, kitabın özü deyil, kitabın şkafı, yazının da masası... müstəvisində olub.

Zadənin Rafiq Əliyevə münasibəti isə...

Hətta Lütfi Zadə Rafiq Əliyev və nəzəriyyəsi haqda dünya alimlərinə, Nobel Komitəsinə müraciətlər etmişdi. Lütfi Zadə müraciətində dünya alimlərini Rafiq Əliyevin dünyaya səs sala biləcək sonuncu qərarqəbuletmə nəzəriyyəsini müzakirə etməyə çağırmışdı:

"İki seçim var: 1) yüksək uduş, kiçik ehtimalla; 2) böyük uduş, kiçikdən bir az böyük ehtimalla.

Hansı seçimi edək? Ehtimal nəzəriyyəsinə əsaslanan qərarqəbuletmə nəzəriyyələri bu suala cavab verə bilərmi? Yox. Professor Bellman və mənim tərəfimdən təklif olunmuş "Qeyri-səlis mühitdə qərar qəbuletmə" (Management Science, 1970) nəzəriyyəsinin də tətbiq sahəsi qeyri-səlis mümkünlük informasiya mühiti idi, qeyri-səlis bimodal yox. Qərar qəbuletmə nəzəriyyəsi varmı ki, tətbiq olunma mühiti qeyri-səlis bimodal informasiyadır? Bu gün cavab var: bəli. Bu nəzəriyyə professor Rafiq Əliyevin öncül fundamental (pionering – Lütvi Zadə) nəzəriyyəsidir. "Mükəmməl olmayan informasiya şəraitində qərar qəbuletmə nəzəriyyəsi" (World Scientific, 2014). Rafiq Əliyevin nəzəriyyəsi Kanenmanın və Tverskinin 2002-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş perspektivlər nəzəriyyəsindən xeyli irəli getdi. Bu yazıda verilmiş konseptual struktur müxtəlif qərar qəbuletmə nəzəriyyəsinin imkanları və məhdudiyyətlərini müəyyən etməyin əsaslarını verir. Yekunda demək istərdim ki, ehtimal nəzəriyyəsi qeyri-səlis bimodal informasiya şəraitində tətbiq oluna bilən qərar qəbuletmə nəzəriyyəsinin əsası ola bilməz. Müzakirə üçün cavabları xoş məramla gözləyirəm".

Bu, badımcan söhbəti deyil, məncə. Yəni mən belə anlayıram...

Lütfi Zadə mirasının bir hissəsini – həm də maddi olanını - Rafiq Əliyevə bağışlayıb. Professor Rafiq Əliyev pulun məbləğini açıqlamayıb, amma mirası qəbul edərək, birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə - "Zadə irsi və süni intellekt" Assosiasiyasına bağışlayıb.

Bu, nə səlis məntiqdir, nə də qeyri-səlis. Bu, insanlıq, ziyalılıq, vicdanlılıq məntiqidir.

Zadə bilirdi kimə nə vəsiyyət edir; o yaxşı bilirdi kimin təyinatı nədir. O, mirası Şahnaz Şahbazovaya bağışlasaydı, yəqin ki, Şahnaz xanım şəhərin mərkəzində Lütfi Zadənin ən çox sevdiyi badımcan və ya səbzi-qovurma restoranı açacaqdı.

Zadə kitabları və yazı masasını Şahnaz xanıma verib ki, oxusun, yazsın, o da bir Rafiq olsun...

Babam kimi. O da çomağını əmimə bağışlayanda mahiyyət etibarilə eyni niyyətdə idi. (axar.az)

Ömər Xəyyam

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar