Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahbazın məktublarını kim yazır?


Kəlbəcər rayonu ərazisində girov götürülmüş Şahbaz Quliyevin yaxınları narazıdırlar


Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı işi sıfıra bərabərdir. Bu Komitəni Azərbaycanda niyə saxlayırlar, biz anlamırıq. Dəfələrlə onlara müraciət etməyimizə baxmayaraq heç bir müsbət irəliləyiş yoxdur”.

Bunu ANS PRESS-ə açıqlamasında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində girov götürülmüş Şahbaz Quliyev əmisi oğlu Natiq Quliyev deyib. O, BQXK-nın fəaliyyətindən narazı olduqlarını söyləyib:

“Onlar niyə bu işi iki-üç ayın içində həll edə bilmədilər? Mən Şahbazın əmisi oğlu olaraq BQXK-nın fəaliyyətindən qətiyyən narazıyam. Mənim ailə üzvlərim, bütün nəslimiz, kökümüz həmin təşkilatın fəaliyyətindən narazıdır. Dəfələrlə onlara müraciət etmişik. Onlar isə çalışdıqlarını söyləyirlər. Çalışsalar, əsirimizi geri qaytararlar”.

N. Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin girovlarla keçirdiyi görüşlərin nəticəsiz qaldığını da ifadə edib:

“Görüşlər keçirirlər. Görüşdən sonra 200 kiloluq kişidən bir vərəq yazılı kağız gətirir. Görüş zamanı onun səsini yazıb gətirsinlər. Şəklini gətirsinlər. Erməni dövləti o qədər hegemon dövlətdir ki, onlar bir şəkil götürüb gələ bilmirlər? Ürəyimiz partlayır. Keçi saqqalın biri Qızl Xaçın ofisində oturub. Gedib əsirləri gətirsinlər. Erməni olsaydı, 10 dəfə qaytarmışdı. Şahbaz diversant deyil. Nə vaxt görmüşük ki, azərbaycanlılar öz torpaqlarında əsir götürülsün? Qızıl Xaç Komitəsi laqeyiq yanaşır. Şahbazdan gətirdikləri məktubları da yalandan özləri yazırlar. Bununla da başımızın altına yastıq qoyurlar. Qızıl xaç gedib mənim əmim oğlunu alıb gətirsin. Bizim məktubla başımızı aldadırlar”. 

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev KəlbəcərErmənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İndiyə qədər BQXK-nın mandatına uyğun olaraq girovlarla 3 dəfə görüş keçirilib. 

Həsən Həsənovun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar