Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahbaz Quliyevi əməliyyat edən həkim Azərbaycana gələrək ailəsini məlumatlandırıb

Erməni girovluğunda olan Şahbaz Quliyev ailəsinə video görüntü göndərib


Bu barədə APA-ya Ş. Quliyevin əmisi oğlu Natiq Quliyev məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ş. Quliyevin video görüntüsünü ailəsinə çatdırıb.

Video müraciətdə Ş. Quliyev əhvalının yaxşı olduğunu dilə gətirib, ailə üzvlərini anasından və qızından muğayat olmağa çağırıb.

Video görüntüdə Şahbaz Quliyevin vəziyyətinin o qədər də yaxşı olmadığı müşahidə edilib: “Şahbaz çox arıqlayıb, çətinliklə nəfəs aldığı açıq şəkildə hiss olunurdu. Bildiyimizə görə onun qara ciyərinin sıradan çıxmaq təhlükəsi var”. 

N. Quliyev bildirib ki, BQXK nümayəndələri ailəsi baxdıqdan sonra görüntüləri özləri ilə aparıblar.

N. Quliyev həmçinin qeyd edib ki, Ş. Quliyev əməliyyat olunub, onun öd kisəsi götürülüb. Əməliyyat müsəlman ölkələrin birindən gəlmiş həkim tərəfindən həyata keçirilib. Həmin həkim Azərbaycana gələrək ailəsinə Ş. Quliyevin əməliyyatdan sonrakı durumu barədə məlumat verib.  

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə 2017-ci ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar