Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şah İsmayil Xətainin və Şah Təhmasibin yeni şeirləri aşkar edilib


Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından I Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar edib


Məlumat Novator.az-a Əlyazmalar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Məlumatda deyilir ki, Xətainin Ankara Milli Kitabxanasındakı əlyazma məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb. Onun bəzi mətbu şeirləri ilə bu əlyazmadakı şeirlər arasında fərqlər var. Məlumatda vurğulanır ki, şairin əsərlərinin gələcək nəşrlərində bu fərqlər nəzərə alınmalıdır.

Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir. Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilib. Beləliklə, I Şah İsmayıl Xətai və I Sultan Səlim arasında olan mükaliməni onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə formasında davam etdiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar