Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagirdlərə insan və uşaq hüquqları öyrədiləcək


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilati dəstəyi ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20-ci illiyi ilə əlaqədar olaraq uşaqlar arasında maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb


PİA.AZ Report-a istinadən xəbər verir ki, Layihə 3 ay müddətində Bakı şəhər məktəblərində həyata keçiriləcək. Layihə çərçivəsində Konstitusiyada nəzərdə tutulan normalar, onun icrası, hakimiyyət bölgüsü, uşaqların Konstitusiyon hüquqları və Konstitusiyanın cəmiyyətin inkişafına verdiyi töhfə ilə bağlı mühazirələr təşkil olunacaq, “Konstitusiyamız uşaqların gözü ilə” mövzusunda uşaqlar arasında rəsm və inşa müsabiqələri keçiriləcək.
 
Layihənin ilkin mərhələdə 12 ümumtəhsil məktəbində keçirilməsi nəzərdə tutulur. Bununla bağlı artıq 2 məktəbdə - 45 və 212 nömrəli tam orta məktəblərdə seminarlar keçirilib. 

İnteraktiv formada təşkil olunan seminarlarda Konstutisiyanın yaranma tarixi, onun qəbul edilməsi proseduru, mühüm normalar, icra məsələləri, Konstitusiyada insan və uşaq hüquqları ilə bağlı müddəaların yer alması və Konstitusiya Məhkəməsinə müraciət mexanizmi iştirakçıların nəzərinə çatdırılıb. 

Seminarlarda Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon icra hakimiyyətlərinin nümayəndələri, ekspertlər çıxışlar edib və uşaqları maraqlandıran sualları cavablandırıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar