Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagirdini zorlayan müəllimə 5 il 6 ay həbs


Şamaxı rayonu Pirbəhli kəndində qeydə alınan biabırçı olayda - şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib


PİA.AZ-ın Modern.az-a istinadən xəbərinə görə, bu barədə onun atası Həsənağa İbrahimov məlumat verib. O, ailəsinin pərən-pərən düşdüyünü qeyd edərək, medianı bu məsələni şişirtməkdə qınayıb. Həsənağa İbrahimov  deyib ki, hadisə barədə mətbuat bu qədər yazmasaydı, işlər bu səviyyəyə çatmazdı:
 
“Hamınız istəyinizə çatdınız, oğlum tutuldu. 5 il 6 aylıq həbs edildi. İstəyirsiniz, gəlin məni də tutdurun”.
 
Xatırladaq ki, Pirbəhli kəndinin Ağsaqqallar Şurasının sədri hacı Neman Əfəndiyev hadisələrdən sonra qalmaqalda adları hallanan müəllim və şagirdin ailə qurmağa hazırlaşdığını açıqlamışdı.
 
H.İbrahimov bu faktı təsdiqləyib:
 
“Bəli, ailələr razılığa gəlmişdi, barışmışdıq. Amma hüquq-mühafizə orqanları, hökumət barışığa heç bir məhəl qoymadı. Heç barışıq sözünü hallandırmadılar da”.
 
H.İbrahimov dünyaya gələn nəvəsindən xəbərsiz olduğunu bildirib:

“Uşaqdan xəbərimiz yoxdur, görməmişik. Hər şeyi hökumət bilir, biz bilmirik”.

Ata həmçinin oğlunun həyat yoldaşının 2 uşaqla birlikdə atası evinə getdiyini açıqlayıb:
 
“Gəlin uşaqlarla birlikdə atası evinə getdi. Hərəsi bir dərədədir. Ailəmiz dağıldı daha”.
 
Qeyd edək ki, Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl belə vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılmışdı.
 
Hadisədə adı hallanan müəllim 25 yaşlı Elnur İbrahimov ailəlidir, 2 övladı var.
 
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar