Bir çoxlarımızın sobada qovuraraq böyük həvəslə yediyi şabalıdın xeyirləri ilə yanaşı zərərləri də var
Karbohidrat tərkibli şabalıdın 3 dənəsi bir dilim çörəyə bərabər olduğu üçün həkimlər diqqətli olmağı tövsiyə edir.
Cebhe.info xəbər verir ki, dəmir, maqneziumla zəngin olan şabalıd A, E və C vitamini ilə də zəngindir.
Kaliumla zəngin olan bu təamı müəyyən həddə qəbul etmək məsləhət görülür. Xüsusən də böyrək və şəkər xəstələrinə diqqətli olmaq tövsiyə edilir. Şabalıdın 100 qramında 160-180 kalori civarında 40 qram karbohidrat, 480 qram kalium var.
Viruslara qarşı qoruyucu özəlliyi olan şabalıd immun sisteminin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu təam həmçinin təzyiq, qan-damar dövranına da müsbət təsir edir. Hər hansı bir allergik xəstəliyi olmayan azyaşlılar üçün gündə 3-6 ədəd şabalıd yemək tövsiyə edilir.
pia.az