Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səyavuş Aslanın 80 illik yubileyi keçirildi


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr və kino aktyoru, "Şərəf" ordenli, xalq artisti Səyavuş Aslanın 80 illik yubileyi keçirilib


PİA.AZ Report-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Teatr Muzeyi teatrın foyesində görkəmli sənətkarın xatirəsinə həsr edilən foto-sərgini təqdim edib. Sərgidə Səyavuş Aslanın ömür və yaradıcılıq yolundan bəhs edən fotolar nümayiş etdirilib. 

Tədbir Səyavuş Aslanın sənət yolundan bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Səyavuş Aslanla bağlı xatirələrini bölüşüb: 

"Səyavuş Aslan Milli Dram Teatra gələndən sonra teatrın repertuarından tutmuş tamaşaçı axınına qədər hər məsələ köklü surətdə dəyişib. Mərhum hər kəslə dil tapmağı bacaran adam idi. Hər kəsə xeyirxahlıq edirdi. Səyavuş Aslan Azərbaycan teatrının sonuncu nəhəng sənətkarlarından idi. Onun haqqında çox danışmaq olar. Ona dünya standartlarına cavab verən aktyor deyiblər. Bu həqiqətdir". 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət isə Səyavuş Aslanı bitkin şəxsiyyət kimi xarakterizə edərək, oynadığı bütün obrazlarda ürəyini qoyduğunu deyib:
 
"Səyavuş Aslan mənim bütün tamaşalarımda baş rolları ifa edib. Sonuncu dəfə mənim quruluşumda "Hamlet" əsərində Poloni obrazını ifa etdi. Mən dostuma Allahdan rəhmət diləyirəm. Səyavuşu 80 yaşında təbəssümlə xatırlayaq". 

Tədbirdə həmçinin xalq artistləri - Hacı İsmayılov, Rafiq Əzimov və başqaları sənət dostları haqqında fikirlərini bölüşüblər.
 
Xatırladaq ki, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 

1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib. 

1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib. 

Səyavuş Aslan 77 illik ömür yolunun 60 ilini sənətə həsr edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar