Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səxavət Əlisoydan Arif Hacılıya xəbərdarlıq



“Məni Müsavat Partiyasından çıxarsalar da, bu təşkilata üzv olan yaxın dostlarıma, qohumlarıma, tərəfdarlarıma onların da bu partiyanı tərk etmələri üçün müraciət etməmişəm”


Bunu modern.az saytına açıqlamasında Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy deyib.

Onun fikrincə, tərəfdarlarının Müsavat Partiyasından çıxması haqqında qərarı özləri verə bilərlər. Səxavət Əlisoy bildirib ki, Müsavat Partiyasının bir neçə rayon təşkilatının sədri Arif Hacılının apardığı siyasətə qarşı etiraz bəyanatı vermək istəyirlər:

“Lakin biz onları bu addımı atmaqdan hələlik saxlamışıq. Çünki Arif Hacılıdan narazıların yaxın zamanlarda çox ciddi açıqlamaları və bəyanatları olacaq. Mən və Qubad İbadoğlu bununla bağlı çox ciddi müzakirələr aparırıq”.   Səxavət Əlisoyun sözlərinə görə, yaxın günlərdə Müsavat rəhbərliyindən narazılar nə edəcəkləri, hansı addımlar atacağı barədə açıqlama verəcəklər Başqanlığa keçmiş namizəd tərəfdarlarının Adil Qeybulla ilə yaratdığı “Siyasi Dialoq və İslahatlar Mərkəzi”nə gələcəyi anonsunu da verib:

“Mümkündür ki, dostlarımız elə burda da fəaliyyətlərini davam etdirsin”.   Səxavət Əlisoy onu da bildirib ki, Müsavat başqanı Arif Hacılının tərəfdarları da bir müddətdən sonra ona qarşı çıxacaq: “Artıq onun tərəfdarlarının eyforiyası da azalır. Deyəsən, onlar Müsavatda baş verən proseslərin ciddiliyini anlamağa başlayırlar. Bu da növbəti istefaların qaçılmaz olduğunu göstərir”.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar