Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səxavət Əlisoy Osman Kazımovu Beriya ilə müqayisə etdi


“O da Stalinə təklif edirdi ki, partiyada və cəmiyyətdə sərt təmizləmə aparmaq lazımdır”


Müsavat Məclisinin üzvü Osman Kazımov partiya rəhbərliyini heç nədən çəkinmədən partiyada təmizləmə həyata keçirməyə çağırıb. 

PİA.AZ xəbər verir ki, dünən “Yeni Müsavat” məlumat əldə edib ki, Müsavatda təmizləmələrə başlanması mövqeyindən çıxış edən təkcə Osman Kazımov deyil. Osman Kazımov sadəcə mövqeyini ictimailəşdirib. Partiyanın Məclis üzvləri arasında xeyli şəxslər var ki, başqan Arif Hacılını təcili təmizləmələrə başlamağa çağırıblar.

Bildiriblər ki, partiyanın nüfuzuna xələl gətirən açıqlamalarla çıxış edən, Nizamnamə pozuntusuna yol verən şəxslər barəsində cəza tədbirlərinə start verilməlidir. Cəza tədbiri kimi isə Müsavat üzvlüyündən xaric edilmə tətbiq olunmalıdır. A.Hacılının bu təklif və tələblərə hələ ki, müsbət cavab vermədiyi, səbirli olub məsələləri müzakirələr yolu ilə yoluna qoymağın tərəfdarı olduğunu həmin şəxslərə bildirdiyi deyilir.

Müsavat Partiyasında qurultaydan ən çox narazılıq edən və telekanallarda bu barədə kəskin mövqe ifadə edən başqanlığa sabiq namizəd Səxavət Əlisoy isə “Yeni Müsavat”a açıqlamasında partiyada təmizləmələrə başlanmaq çağırışlarına münasibət bildirib. S.Əlisoy bu cür çağırışları 1930-cu illərdə Lavrenti Beriyanın çağırışları ilə müqayisə etdi: “Beriya da Stalinə təklif edirdi ki, Kommunist Partiyasında və cəmiyyətdə sərt təmizləmə aparmaq lazımdır. Beriya bu təklifini birbaşa Siyasi Büroda irəli sürmüşdü. Bəyan etmişdi ki, kim yürüdülən siyasətə mane olursa, onları məhv etmək lazımdır. Stalin də Beriyanın təklifini qəbul etmişdi. Sonra partiyanın başına nələr gəldi hər kəsə bəllidir. Yəni hüquqşünas Osman Kazımovun və digərlərinin partiyada təmizləmə təklifi sırf bolşevik təfəkkürüdür. Fərqli mövqeyə qarşı bolşeviklər belə münasibət sərgiləyirlər. 

İndi neçənci əsrdir ki, partiyada fərqli fikrə görə adamlar üzvlükdən çıxarılmaqla cəzalandırılsın?! Eybi yox, qoy onlar təmizləmə həyata keçirsinlər. Onsuz da qurultaydan sonra Müsavatın tarixinə qara ləkə salıblar, indi də birini əlavə edəcəklər. Kimdən xoşları gəlmir, kim onların xoşuna gəlməyən fikir söyləyib partiyadan qovsunlar, hətta orqanlara müraciət edib cinayət işi qaldırılmasını tələb etsinlər. Məsələn, mənim haqqımda cinayət işi qaldırılmasını istəsinlər. Mən demişəm ki, 2000-ci il parlament, 2003-cü il prezident seçkilərində Müsavatda seçki qərargahında yığılmış pullar açıqlanmalıdır. Yəqin ki, onların hazırladığı cəza siyahısının başında mən dayanaram. Bu, məni heç də əndişələndirmir.
Görürəm ki, Osman Kazımov çox canfəşanlıq edir və bir neçə cəbhədə vuruşmaq istəyir. Bəlkə Arif Hacılı bunu dəyərləndirib Osman bəyi Məclis sədri edər. O zaman ola bilsin ki, Osman bəy biraz sakitləşər".

S.Əlisoy indiyə qədər heç bir Nizamnamə pozuntusuna yol vermədiyini bəyan etdi: “Sırf Nizamnamə çərçivəsində hərəkət edirəm. Hər hansı bir nöqsanı dilə gətirmək, partiyada baş verən reallığı ortaya qoymaq Nizamnamə pozuntusu deyil. Mən bildiklərimin 10 faizini deyirəm. Əgər istəyərlərsə, daha ciddi açıqlamalar verərəm. Artıq ox yaydan çıxıb. Bu əməlləri törədənlər ən azı etiraf etməlidirlər. Müsavat heç kimin şəxsi mülkü, MMC-si deyil. Şikayətlərə cavab verilənədək bunlar səsləndiriləcək. Biz cavabı gözləyirik. Onlar özləri bilərlər hansı cavabı verəcəklər. Mən məntiq tərəfdarıyam, nə var ortaya qoyulmalıdır, partiya demokratik partiyadırsa hər şey açıq olmalıdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar