Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevinc Babayevanın yazdığı 7 məşhur mesaj


Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə tərəfinin sübutu kimi Gülər Əhmədovanın cinayət işinə daxil edilməyən 7 mesajı açıqlayıb


Ə. Talıbovun APA-ya verdiyi məlumata görə, həmin mesajlar Gülər Əhmədova ilə Sevinc Babayevaya və Elşad Abdullayevin rektoru olduğu Azərbaycan Beynəlxalq Universitetində işləmiş, Elşad Abdullayev tərəfindən aldadıldığı iddia edilən Tavat Şirinovaya məxsusdur.

Vəkil bildirib ki, həmin mesajlara nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı hüquqi qiymət verilib.
Mesaj 1. 26.09.2012, 13:57 
0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)
“Ürəyim çox pis ağrıyır. Allah Elşadın evini yıxsın. Alçaq gör nə həyasızdır ki, qalıb bizim pulumuzu qaytarmaqdan, şər böhtan atır. Mən onu mütləq tapacam”.
Mesaj 2. 26.09.2012, 05:14:00
0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)
“Ya o yaşamalıydı, ya da mən. Evim yox, borcun içində batıram. O, soyub bizi. Ölüb eləsəm pullarımı ondan al. Oğlum yazıqdı, yetimdi. Heç kimdən qorxma”.
Mesaj 3. 26.09.2012, 05:14:00
0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)
“Qorxma. Yazıq Gülər də bizə görə … düşüb. Allah bizə kömək olsun”.
Mesaj 4. 26.09.2012, 06:16:09
0502129065 (Babayeva Sevinc) – 0552116283 (Əhmədova Gülər)
“Nə isə bağışla gecə vaxtı səni narahat etdim. Bu işdə sənlik heç nə yoxdur. Bizi tək qoyma, Tavat da yazıqdı. O biri yetimlər də, sabaha qədər”.
Mesaj 5. 26.09.2012, 06:16:10
0502129065 (Babayeva Sevinc) – 0552116283 (Əhmədova Gülər)
“Yaşasam Elşadın vayına oturacam”.
Mesaj 6. 26.09.2012, 07:15:41
0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)
“Sən mənə deyəndə Elşad ilan bicbaladı, mən inanmırdım. Allahdan qorxmur. Qardaşı Eldəniz, Mahir bu alçağa dərs olmadı”.
Mesaj 7. 26.09.2012, 07:15:41
0502129065 (Babayeva Sevinc) – 0552100496 (Tavat Şirvanova)
“Ürəyim çox pis tutub. Sabah borclulara nə deyəcəyəm bilmirəm. Bu əclafdan pullarımı ala bilsəm rahat olardım”.
Qeyd edək ki, G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
 
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar