Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevil və Sevinc bacıları polisə çağrıldı

Müğənnilər Sevil-Sevinc Səfərovalar Yasamal Rayon Polis İdarəsinə çağırılıb


Yasamal Rayon Polis İdarəsindən oğurluq faktı ilə bağlı başlanılan cinayət işində müğənni Sevil-Sevic bacılarının şahid qismində dindirilməsini təsdiq ediblər.

PİA.AZ-ın məlumatına görə, işi araşdıran müstəntiq "Ölkə.Az"-a bildirib ki, istintaq sirri olduğundan istintaqa oğurluqla bağlı cəlb olunan şəxsin adını açıqlamaq qanunla düzgün deyil.

Ancaq müğənni bacılar həqiqətən istintaqda şahid qismində cəlb olunublar və təqsirləndirilən şəxslə üzləşdiriliblər.

Üzləşmə zamanı təqsirləndirilən şəxsin verdiyi ifadə öz təsdiqini tapmayıb. Yəni oğurladığı pulların bacılara yox, digər şəxslərə xərcləndiyi məlum olub.

****

Bir neçə gün öncə rayon ərazisində oğurluq faktı qeydə alınıb. Altı min manat civarında oğurluq edən gənc oğlan Yasamal polisi tərəfindən saxlanılıb. İddia olunur ki, həmin şəxs ilkin ifadəsində oğurladığı məbləğin böyük qismin pərəstişkarı olduğu Sevil-Sevinc bacılarına xərclədiyini bildirib. Müğənni bacılar şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət ediliblər.

Məsələylə bağlı Sevil-Sevinc bacılarının prodüserləri ilə əlaqə saxlanılıb. Adının çəkilməsini istəməyən prodüser xanım bildirib ki, bu gün sənətçilərin atalarının ildönümü olduğu üçün danışmaq imkanına malik deyillər. Əvəzində özü bunları deyib:

"Onlar qorxaq uşaqlardırlar. Əgər belə bir şey olsaydı, mütləq mənə deyərdilər. Çünki mənsiz heç yerə getmirlər. Mən bu məsələdən xəbərsizəmsə, deməli, belə bir şey olmayıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar