Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır


21-ci əsrin "Məcnun"ları...


Evləndikdən cəmi bir il sonra “BÖYÜK SEVGİLƏRİNİ BÖYÜK NİFRƏTƏ”  çevirməyi bacaran çox saylı cütlüklərin xəyalqırıqlıqlarını təsəvvür etmək belə çox üzücü və üzücü olduğu qədər də əzabvericidir.

Yaşadığımız dövrdə tez-tez  intihar və intihara cəhd halları ilə rastlaşırıq. İntiharın səbəbləri kimi daha çox sosial-iqtisadi vəziyyət, psixi pozuntuları, problemləri həlletmə bacarığının aşağı olmasını və stressi misal göstərmək olar.  İntihar edənlər içərisində gənclərin daha çox olması və bəzilərinin intihar səbəbinin "Sevgi" olması isə bir sual yaradır: Sevgi ölməkdirmi?!

Sevdiyi insana görə intihar edən insanları kimiləri qınayır - kiməsə görə özünü öldürməyə dəyməz. Kimiləri hələ də “Leyli və Məcnun”ların var olduğu fikrini emosial şəkildə irəli sürür. Düzünü desəm, bir zamanlar mən də “Leyli və Məcnun”ların  var olduğuna inanırdım. O vaxta qədər ki, illərdir bir -birilərini sevən insanların bütün çətinliklərə rəğmən mübarizə aparmasını və sonda evliliklərindən 1 il sonra düşmən kimi ayrıldıqlarını gördüyüm zamana kimi... Sanki illərdir həyatlarını, xoş və pis günlərini bir-biriləri ilə paylaşanlar onlar olmamışdı. Sanki “Səni Sevirəm” sözü bir ömürboyu üçün yox, sırf həmin an üçün nəzərdə tutularaq deyilmişdi.  Bu cür hallardan belə qənaətə gəlmək olur ki, sevgi uğrunda ölmək, öldürülmək elə də ağılabatan, normal durum sayılmır. Demək olar, çoxumuz “dəli-divanə” olan insanların zamanla sevdiyi insana “sıradan biri” kimi yanaşması  halları ilə rastlaşmışıq. “Sevgi nədir?” sualının cavabı hər nə qədər fərqlidirsə, sevgi uğrunda baş verən intiharlara da yanaşma bir o qədər fərqlidir. 

Bəzi insanlar isə “Sevgi” mövzusuna ümumiyyətlə laqeyd yanaşırlar. Əslində yaşadığımız dövrdə laqeyd yanaşanların sayı olduqca çoxdur. Niyəmi? Çünki laqeydlik olmasa, sevgi uğrunda intihar edən gənclərə görə cəmiyyətdə ciddi rezonans yaranardı. Çünki “Sevgi uğrunda intihar etdi” sözündə intihar qədər sevgi sözünün də üstündə çox durulardı… 21-əsrin “Məcnunları” sosial şəbəkələrdə müzakirə mövzusu olardı. Amma yox. Belə çıxır ki, adamların “sevgi” naminə özlərini öldürmələri, elə onların bir dəqiqəlik romantikalarından başqa bir şey deyil və bu bir dəqiqəlik romantika naminə bir gənc həyat sönür. Yəni 21-ci əsrin “Məcnunları”nın dəyəri yoxdur. Onları  daha “Məcnun” kimi deyil, elə ərəb dilindən bu sözün dilimizə hərfi tərcüməsində olduğu kimi, “dəli” kimi görür cəmiyyətimiz.

Əslində insanların sevgidə ilişib-qalmaması öz-özünə yaranmayıb. Sosial vəziyyətdəki  problemlər və yaşam səviyyəsinin aşağı olması saf hisslərin ikinci plana keçməsinə zəmin yaradır. Nəticədə sırf “quru sevgi”yə sahib çıxanlar demək olar ki, yox dərəcəsindədir. Bu da zəmanənin tələbidir və tələb təklifi çoxdan üstələyib. 

Bəlkə də doğru olan budur. Çünki sosial problemlər ülvi hissləri gec-tez “öldürə”  bilir. 

Evləndikdən cəmi bir il sonra “BÖYÜK SEVGİLƏRİNİ BÖYÜK NİFRƏTƏ”  çevirməyi bacaran çox saylı cütlüklərin xəyalqırıqlıqlarını təsəvvür etmək belə çox üzücü və üzücü olduğu qədər də əzabvericidir. Atalarımız demişkən: “Sevgi qarın doyurmur”. Eyni zamanda Böyük Britaniyanın 42-ci baş naziri Bencamin Dezraeli dediyi kimi, “Sevgidən daha artıq, yalnız pul insanı həyəcanlandırır”. 

Günümüzün reallığı isə budur: “Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır”

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar