Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevgilisini itlərə yedirən futbolçu yenidən həbs olundu


Ötən ay azadlığa buraxılan braziliyalı qapıçı Bruno Fernandes yenidən həbs edilib


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, "sambaçı" həyatının daha 15 ilini türmədə keçirəcək.

Buna səbəb Fernandesin keçmiş sevgilisi Elizu Samudonun vəhşicəsinə qətlə yetirilməsində təqsirli bilinməsidi.
 
2010-cu ildə baş verən bu hadisədən sonra "Flamenqo"nun çərçivə qoruyucusu tutulmuşdu. Ona 22 illik həbs cəzası kəsilmişdi. İstintaq zamanı Fernandes sevgilisini öldürən dəstə ilə əlbir olduğunu, onun cəsədinin itlər tərəfindən parça-parça edildiyini təsdiqləsə də, özünün bu qətldə iştirak etdiyini boynuna almamışdı. Buna baxmayaraq, Fernandes həbs edilmişdi. Lakin cəza müddətinin 7 ilini çəkdikdən sonra martda məhkəmənin qərarı ilə azadlığa buraxılmışdı. Karyerasını bərpa etmək istəyən 32 yaşlı qolkiper Braziliyanın II divizion təmsilçisi "Boa Esporte" ilə müqavilə bağlasa da, fanatların və klubun sponsorlarının etirazı ilə üzləşmiş, nəticədə işsiz qalmışdı.
 
Prokurorluq hadisə ilə bağlı yeni faktlar əldə etdikdən sonra isə Brunonun həbsxanaya qaytarılmasına qərar verilib. Fernandesin günahı təsdiqləndiyindən, onun daha 15 il türmədə qalması lazım bilinib.
 
Qeyd edək ki, prokurorluğun versiyasına əsasən, Fernandes sabiq sevgilisini övladına görə aliment verməkdən boyun qaçırmaq üçün öldürüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar