Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevdiyiniz roman adları


Hər kəsin heç vaxt unutmadığı əsərlər var. O əsərlərin mövzusu, ideyası ilə bərabər adı da bizə doğmalaşır


Görəsən, yazarlarımızın dünya və Azərbaycan ədəbiyyatında ən çox xoşuna gələn roman adları hansılardır?
 
Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.
 
Azər Abdulla
 
- Azərbaycandan “Məhşər”, “Qətl günü”, “Qılınc və qələm”, dünyadan “Anne Karenina”, “Hərb və sülh”, “İdiot”, “Mobi Dik”, “Yad”, “Səfillər”, “Qəzəb salxımları”, “Dərvişin ölümü”.
 
Məti Osmanoğlu
 
- “Səfillər”, “Tom Soyyerin macəraları”, “Hərb və sülh”, “Cinayət və cəza”, “Master və Marqarita”, “Ağ bayraqlar”, “Əsrdən uzun gün” dünya ədəbiyyatında, “Danabaş kəndinin əhvalatları”, “İdeal”, “Qətl günü”, "Maestro" bizim ədəbiyyatdan.
 
Pərviz Cəbrayıl
 
- “İdiot”, “Çovdarlıqda uçurumdan qoruyan”, “Qara kitab”, “Atalar və oğullar”, “Yalquzaq” və s.
 
Mehriban Vəzir
 
- Azərbaycanda Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında”, “Əli və Nino”, Aleksandr Zöhrabbəyovun “Şirvanşahlar”, İsmayıl Şıxlı “Dəli Kür” əsərləri. İndi bu qədəri yadıma düşdü. Dünya ədəbiyyatında Nabokov “Lolita”, Elif Şafaq “Aşk” və s. Bəlkə bunlardan da çox xoşuma gələnlər olub. Amma bunları xatırladım indi.
 
Mətləb Ağa
 
- Dünya ədəbiyyatından Umberto Ekonun "Qızılgülün adı". Azərbaycan ədəbiyyatından isə roman adı təəssüf ki, xatırlamıram. Yəqin xoşuma gələn ad olmayıb ki, yadımda qalmayıb. Ancaq povest adı çəkə bilərəm. Elçinin "Toyuğun diri qalması".
 
Mübariz Örən
 
- “Çovdarlıqda uçurumdan qoruyan”,  “Fələk qırmancı”,  "Avqust işığı", "Küləyi dişləyən", "Qəzəb salxımları",  “Arzulardan sonrakı şəhər”, “Zəfər tağı”, “Yüz ilin tənhalığı”, “Gün var əsrə bərabər”...
 
Ramiz Qusarçaylı
 
- Cek Londonun "Martin İden"i, Viktov Hüqonun "Səfillər"i, L.Tolstoyun "Hərb və Sülh"ü, Dostoyevskinin "Cinayət və Cəza"sı, Heminqueyin " Dəniz və Qoca"sı, Ç.Aytmatovun "Edam kötüyü", İsa Hüseynovun "Məhşər"i, M.Süleymanlının "Köç"ü, N.Əbdülrəhmanlımın "Qurban"ı və s.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar