Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevdiyi qadın ölkədən getməsin deyə həbs etdirib – Qəribə cinayət işi


Vəkil Adəm Məmmədov bəraət aldığı işin detallarını açıqladı


Barəsində həbs qətimkan tədbiri seçilərək, 9 aydır təcridxanada saxlanılan şəxs bu gün azadlığa  buraxılıb. Bu barədə tanınmış vəkil Adəm Məmmədov məlumat verib. 

Adəm Məmmədovun “AzPolitika.info”ya bildirdiyinə görə,  müvəkkilinin günahsızlığını sübuta yetirə bilib : “Hüquqlarını müdafiə etdiyim Eyyubova Tamilla AR CM-nin 178.3.2-cü maddəsi (küllü miqdarda dələduzluq 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzas nəzərdə tutulur) ilə ittiham olunardu. O,  güya Cəfərov Elman Məmməd oğlunun 280 min ABŞ dollarını ələ keçirməkdə  təqsirləndirilirdi. Buna görə də iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdi”.

Ancaq Adəm Məmmədov bu işdə müvəkkilinin günahı olmadığını sübut edərək, onun bəraətinə nail olub: ” Tamilla Eyubova 9 aydır  həbsdə qalmasına baxmayaraq,  barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum. Və o, həbsdən azad edildi”.

Adəm Məmmədov bu işlə bağlı məlumat verərək bildirdi ki, müvəkilinə qarşı öz şəriki tərəfindən əsassız ittiham irəli sürülüb: “Hər iki şəxs Gürcüstan Respublikasında şərikli otel işlədiblər.  Şərikli fəaliyyət zamanı müflis olmuşlar. Yəni yatırım etdikləri pullara görə qazanc edə bilməyiblər. Üstəlik yatırdıqları əsas məbləği belə qazana bilməyiblər. Buna görə də ortada hər hansı dələduzluq faktından söhbət gedə bilməz.”

Adəm Məmmədov bildirdi ki, işin ən maraqlı tərəfi  zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı Elmanın hüquqlarını müdafiə etdiyim şəxsi sevdiyini etiraf etməsidir: “Elman müvəkkilim Tamillanı hələ sevdiyini öz ifadəsində bildirməsidir. Elmana sual veriləndə ki, nə üçün sevdiyin qadını tuturmusan, o bunu əsəbləşərək etdiyini göstərmişdir. İstintaq materiallarından da müəyyən olunur ki, Elman Tamillanı sevdiyi üçün ona qarşı qısqanclıq zəminində ittiham irəli sürərək, həbsə alınmasına nail olub. Daha doğrusu  müvəkkilim Tamilla dəfələrlə ölkəni tərk edib, getmək istəyib. Elman da bunun qarşısını almaq  üçün ona qarşı iddia qaldırıb və  həbs etdirməyə nail olub. Ancaq bizim təqdim etdiyimiz sübutlar nəticəsində  istintaq zamanı bu ittihamların əasasız olduğu müəyyən edildi və müvəkkilim azadlığa buraxıldı. Hazırda da Elman hüquqlarını müdafiə etdiyim şəxsə sevgi mesajları yazmaqda davam edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar