Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyənin XİN başçısı ABŞ-a səfərə hazırlaşır


Səudiyyənin XİN başçısı ABŞ-a səfərə hazırlaşır – Anti-islam koalisiyası yaranır?


«AzPolitika.info»-nun xarici KİV-ə istinadlaa verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının (SƏ) xarici işlər naziri Əbdül əl-Cübeyr Vaşinqtona səfərə hazırlaşır. Səfər zamanı o, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillersonla görüşəcək.

Tillerson bəyan edib ki, müzakirələrin başlıca mövzuları Yaxın Şərq problemləri, xüsusilə də Yəməndəki və Suriyadakı mövcud vəziyyət olacaq.

«Aydındır ki, qarşıda çoxlu sayda mühüm məsələlərin birgə müzakirəsi dayanır – Suriyadakı vəziyyət və Yəməndəki münaqişə, bütün bölgənin sabitləşdirilməsi və daha geniş planda – terrorrçuluqla mübarizə. Bu istiqamətdə bizim əla həmkarlıq əlaqələrimiz var» – deyə, Tillerson bildirib.

Bu ərəfədə, dünyanın aparıcı KİV-ləri xəbər vermişdilər ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İrana və Türkiyəyə qarşı koalisiya yaratmaq üzərində iş aparırlar. Ekspertlər isə qeyd edirlər ki, artıq Yaxın Şərqdə vəziyyət dəyişib və çağdaş duruma adekvat olaraq, İsrail ərəb ölkələri arasında özünə müttəfiqlər axtarmaqdadır. Bu məqsədə nail olmaq istiqamətində İsrail hətta ərəb liderlərini şirnikdirmək üçün Qəzza sektorundan imtina etməyə, Fələstinin isə Misir, Səudiyyə Ərəbistanı və İordaniya arasında bölüdürülməsinə hazır olduğunu bildirib.

Beləliklə, göründüyü kimi, ərəb dünyası ikinci «Kemp-Devid» xəyanətinin astanasındadır…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar