Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə şeyxlərinin Rusiyaya cihad fətvası Çeçenistanda necə qarşılanacaq?


"Rusiya da öz tərəfindən Şimali Qafqazda anti-terror əməliyyatlarını genişləndirəcək"


"Düşünürəm ki, Rusiya rəhbərliyi ilə ciddi bir problem yaşamadığına görə Kadırov hələ öz nüfuzunu saxlayacaq".

Dünən Səudiyyə Ərəbistanın dini liderləri Suriyada hərbi əməliyyatlara başladığına görə, Rusiyaya cihad elan etdilər. Səudiyyə dini liderlərinin Çeçenistanda və Şimali Qafqazda böyük nüfuz sahibləri olduğu heç kimə sirr deyil. Bu üzdən cihad çağırışının Çeçenistan və Şimali Qafqazda hansı rezonans doğuracağı maraqla izlənilir. Ən çox maraq doğuran məsələ isə Ramzan Kadırovun sonadək Çeçenistanı öz nəzarəti altında saxlayıb saxlamamasıdır. Və Rusiyaya cihad çağırışları fonunda dini radikalizm Azərbaycana sıçraya bilərmi?

PİA.AZ-ın əməkdaşı bu məsələni politoloq Arzu Nağıyevlə müzakirə edib.



Arzu Nağıyev: "Bu gün Səudiyyə Ərəbistanı Dağlıq Qarabağla bağlı cihad elan etsəydi, bu başa düşülən idi"

Politoloq Arzu Nağıyevin fikrincə, Azərbaycanda dini radikalizmi tətbiq etmək üçün şərait yoxdur. Eyni zamanda dini radikalizmə qarşı qanunlar çərçivəsində mübarizə aparılır:

"Rusiyaya qarşı Səudiyyə Ərəbistanı  dini liderlərinin cihad fitvası siyasi xarakter daşıyır. Çünki  onlar məzhəb ayrılığını əsas gətirərək bu addımı atırlar. Çünki Rusiya bu gün İraq, İran və “Hizbullah” hərəkatı ilə koalisiya qurub  Bəşər Əsəd rejimini saxlamağa çalışırlar və bu məqsədlə müxalif qüvvə olan və Səudiyyə Ərəbistanının da dəstəklədiyi “Cəbhə Əl Nusra”ya qarşı vuruşurlar. Bu isə Səudiyyə Ərəbistanını razı sala bilməz. Çünki, neft yataqları əsasən şiə məzhəblilərin yaşadığı ərazilərdədir və əllərindən çıxa biləcək sərvət var. Çeçenistan və Şimali Qafqaza gəldikdə isə məlumdur ki, orada döyüşən dini radikal qrupları maliyyələşdirən əsas dövlətlərdən biri məhz Səudiyyə Ərəbistanıdır. Yəni burada yeni bir addım yoxdur. Təbii ki, Rusiya da öz tərəfindən Şimali Qafqazda Antiterror əməliyyatlarını genişləndirəcək.

Ümumi baxımdan Çeçenistanın başçısı Ramzan Kadırovla Səudiyyə Ərəbistanı və digər  ərəb dövlətlərinin rəhbərləri arasında bir istilik var. Daha doğrusu Rusiyanın Yaxın Şərqdəki xarici siyasətinin bir hissəsi məhz Kadırov vasitəsilə həyata keçirilir, bunun da əsas səbəblərindən biri islam dinidir. Çeçenistanı öz nəzarəti altında saxlamaq məsələsinə gəldikdə bu region Rusiyanın bir bölgəsidir və kimliyindən asılı olmayaraq, Rusiya orada nəzarəti  tam şəkildə kimə isə verməyəcək. Bu gün Kadırov Putinə loyallığı ilə seçilən regional rəhbərlərdən biridir və güc və ya digər bir formada stabilliyə nail olub, dinc əhali islami dəyərləri itirməyib. Eyni zamanda Kadırova tabe olan silahlı qüvvələrdən anti-terror əməliyyatlarında istifadə edilir. Düşünürəm ki, ölkə rəhbərliyi ilə ciddi bir problem yaşamadığına görə Kadırov hələ öz nüfuzunu saxlayacaq.

Rusiyaya qarşı cihad çağırışının əsas məqsədinin nədən ibarət olduğunu yuxarıda qeyd etdik. Yəni bu gün Səudiyyə Ərəbistanı Dağlıq Qarabağla bağlı cihad elan etsəydi, bu başa düşülən idi. Biz tolerant bir dövlətik və dünyəviliyi seçim etmişik. Dini radikalizmlə də dövlət səviyyəsində, qanunlar çərçivəsində mübarizə aparırıq. Digər tərəfdən dini radikalizm üçün elə bir mühit yaranmalıdır ki, onu tətbiq etmək mümkün olsun. Bu gün Azərbaycanda elə bir mühit yoxdur və yəqin ki, olmayacaq. Digər tərəfdən Rusiyadan bizə radikallıq ixracı inandırıcı görünmür, çünki bunu yerli əhali də istəmir. Çünki biz əsasən maarifçi islama daha çox meyilliyik və təbii ki, Dağlıq Qarabağ münaqişəsinin bir nömrəli problem kimi qalması da həlledici faktordur. Bir sözlə, bu fitvanın Azərbaycana dəxli olması inadırıcı deyil".

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar