Çərşənbə, 16 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Sərnişin və yük daşımalarından vergi tutulması mexanizmləri təkmilləşdiriləcək



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin və yük daşımaların vergi tutulması mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparır


“Report” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Həbib Həsənov deyib.

Onun sözlərinə görə, bu sahədə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə vergilərin tam məbləğdə və vaxtında yığılması, vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, H.Həsənov qeyd edib ki, avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti beş il ərzində avtomobillərin orta istismar müddətinin təxminən 10 ilə endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb.

O həmçinin əlavə edib ki, yerli daşıyıcılar beynəlxalq sərnişin daşımalarını 2 000 avtonəqliyyat vasitəsilə həyata keçirir. Onlardan 1 239-u müasir tələblərə cavab verir.

pia.az
Etiket:
loading...