Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərnişin və yük daşımaları ilə bağlı dəyişikliklər təsdiq olundu


Ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir


Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Hazırda qanuna əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü beynəlxalq yol hərəkətində iştirak etdikdə yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə, sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə etməməlidir.

Yəni, hazırda qüvvədə olan qanuna əsasən beynəlxalq yük daşımalarını həyata keçirən yalnız yük avtomobillərinin və avtobuslarının sürücüləri üçün nəqliyyat vasitəsində işlək və möhürlənmiş taxoqrafların və doldurulmuş taxoqramların olması öhdəliyi müəyyən edilib.

Dəyişikliyə əsasən əsasən isə bu tələb beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər üçün müəyyən olunur. Onun sözlərinə görə, qanun layihəsi ilə 3 əsas məsələdə dəyişiklik edilmiş olur. Artıq taxoqraf və taxoqram tələbi sadəcə beynəlxalq yol hərəkəti zamanı deyil, həm də ölkədaxili (şəhərlərarası və rayonlararası) daşımalarda da tətbiq olunacaq; bu öhdəlik artıq sadəcə yük daşımalarında deyil, həm də sərnişin daşımalarında da tətbiq olunacaq; artıq bu öhdəlik beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulur.

Qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bu Qanunun tələblərinin pozulmasına görə müvafiq məsuliyyət (cərimə) müəyyən ediləcəkdir: Bu məsuliyyət sürücülərlə yanaşı həmçinin daşımaları təşkil edən fiziki və hüquqi şəxsləri əhatə edəcəkdir. Digər mühüm məsələ sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər və sürücülərin beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydalarının hansı orqan tərəfindən müəyyən olunduğu və bu qaydaların siyahısıdır.

"Yol hərəkəti haqqında" qanuna əlavə olunması təklif edilən 6-1. maddənin 2-ci hissəsinə əsasən həmin qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikası Nazirlər Kabineti olması nəzərdə tutulur.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar