Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərkisyan növbəti “aprel sınağı”ndan çıxa biləcəkmi


Hakimiyyətinin ömrünü uzatmağı planlaşdıran Ermənistan prezidenti çətin situasiya ilə üz-üzə qalıb; işğalçı ölkədə yetişən xalq-iqtidar qarşıdurması Azərbaycan üçün Qarabağ fürsəti yaradır; politoloqlardan maraqlı şərhlər...


Ermənistan prezidenti Serj Sərkisyan özünün narahat günlərini yaşayır. İşğalçılıq siyasəti və beynəlxalq hüquqa meydan oxuması nəticəsində regional layihələrdən kənarda qalan ölkəsini dalana salmış erməni prezident indi də nə yolla olur-olsun, hökumətə rəhbərliyi ələ keçirməyə və nəticədə konstitusiya dəyişikliklərinə uyğun olaraq yenə də Ermənistanda birinci şəxs olmağa iddialıdır.

Qəzetimizin də yazdığı kimi, aprel ayı yaxınlaşdıqca Ermənistanda daxili siyasi hərarət də artır. 2016-cı ilin aprel döyüşlərindəki sarsıdıcı itkilərdən sonra bu ay ermənilərin yaddaşında “xüsusi” yer tutub. Üstəlik, S.Sərkisyan yaxşı anlayır ki, aprel döyüşlərindəki ağır itkilər onun hakimiyyətini uzatmasını tormozlayan əsas amildir. Elə bu günlərdə erməni ekspert Manvel Sərkisyan “Serj Sərkisyanın erası bitib” deyərək, onu hakimiyyətdən getməyə çağırmışdı. Lakin Sərkisyan onu da bilir ki, 2008-ci ilin martında 10 ermənini qətlə yetirməklə prezident kürsüsünü ələ keçirməsinə, həmçinin Qarabağda erməni gənclərin məhvinə baiskar olduğuna görə xalq onunla haqq-hesab çəkəcək. Odur ki, nə yolla olursa-olsun hakimiyyət olimpindən enmək istəmir.

Son günlərdə S.Sərkisyanın gah xəstəxanaya yerləşdirildiyi, gah parlament fraksiyaları ilə bir araya gəldiyi, gah da Moskvaya gizli səfər etdiyi barədə xəbərlər yayılıb. Reallıq budur ki, Ermənistanın cani prezidenti ora-bura vurnuxur və çıxış yolu axtarır. Aprel döyüşlərindən sonra da Sərkisyan eyni qiyafədə görünürdü. O zaman Almaniya kansleri Merkelə Rusiyadan şikayət edən S.Sərkisyan daha sonra keçmiş president Levon Ter-Petrosyanın ayağına gedəcək qədər özünü alçaltdı. Lakin elə ki, vəziyyətdən çıxdı, seçkilərə qatılan Petrosyanı parlament kandarından içəri buraxmadı. 

İndi də hiyləgər tülkü cildinə girən erməni prezident öz rəqiblərini neytrallaşdırmaq, sakitcə kürsü dəyişimini həyata keçirmək üçün manevrlər edir. Ermənistan paytaxtında bahalaşmaya etiraz olaraq, ümumiyyətlə, sosial vəziyyətlə əlaqədar yürüş keçiriləcək. Yanvarın 19-na planlaşdırılan bu aksiya ərəfəsində Ermənistan parlamenti vəziyyətlə əlaqədar dinləmələr keçirməyə qərar verib. Erməni ekspertlərin dediyi kimi, Sərkisyan hakimiyyəti xalqa söz yedirməklə məşğuldur. Ermənistanın Rusiya ilə dəmir yolu və avtomobil yolunu açmaq istiqamətində Gürcüstanla apardığı danışıqların nəticə verməməsi, ölkədən miqrasiyanın güclənməsi S.Sərkisyanın durumunu daha da ağırlaşdırır. Hesab olunur ki, Sərkisyan hökumətin başına gəlsə belə, onu yaxşı gələcək gözləmir.

Üstəlik, görünən budur ki, erməni lobbisi də Sərkisyandan üz döndərməkdədir. Erməni lobbisinin ən güclü olduğu Avropadan onun ünvanına ultimativ hədələrin gəlməsi də bunu təsdiqləyir. “Əgər Serj Sərkisyan qərara gəlsə ki, apreldə baş nazir olsun, o zaman o, xalqın səbir kasasını dolduracaq. Ermənistanda vəziyyət partlayış həddindədir və istənilən an nəzarətdən çıxa bilər.

Əgər Sərkisyan bu sonuncu əclaflığa da getsə, ağlagəlməz nəticələr qaçılmaz olacaq. Ermənistanda üsyan tamamilə mümkündür. Biz buradan situasiyanı diqqətlə izləyirik və qan tökülməsini istəmirik. Və biz buna imkan verməyəcəyik”. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, bunu Avropadakı Erməni Assosiasiyaları Forumunun sədri Aşot Qriqoryan deyib. Onun sözlərinə görə, qarşıdan qanlı 1 mart olaylarının növbəti ildönümü gəlir və onun təkrarlanmasına yol vermək olmaz. “Bu günə kimi hakimiyyət bütün üsyanları qanunsuz və cinayətkar üsullarla yatırıb. Buxarın səviyyəsi, təzyiq artıb, partlayış olacaq. Əgər Serj Sərkisyan özünün terrora əl atmaq hüququnun olmadığını anlamırsa, o zaman vəziyyət proqnoza yatmayacaq. Dövlət terrorizmi daha pisdir. Yox, əgər bu siyasət davam edərsə, insanlar qorxudan qurtulacaq. Qorxu bitəndə isə hər şeyi gözləmək olar. Odur ki, ilk növbədə Sərkisyanlar ailəsi təhlükə altındadır. Belə klanların hansı aqibətə tuş gəlməsi haqda dünyada acı nümunələr çoxdur”, - deyə o hakimiyyətdəki “Qarabağ klanı”na sərt xəbərdarlıq edib.

Erməni lobbisi və erməni kilsəsinin Ermənistan hakimiyyətinin taleyini həll etdiyi bəllidir. Bu mənada onsuz da erməni diasporundan asılı vəziyyətdə olan Sərkisyan hakimiyyətini apreldə çox ciddi sınaqlar gözlədiyi şübhə doğurmur. Nəzəri cəhətdən işğalçı ölkədə baş verənləri Azərbaycan üçün fürsət kimi də dəyərləndirmək olar. Fakt budur ki, Ermənistan Azərbaycan ərazilərini məhz Bakıda gərgin ictimai-siyasi atmosferin hökm sürdüyü dönəmlərdə işğal edib və bəlkə də artıq cavab vədəsidir.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Serj Sərkisyan rejimi ilə erməni diasporu arasında xeyli müddətdir ki, çat yaranıb: “Sərkisyan bir çox səbəblərdən erməni diasporunu, xüsusilə də Avropadakı erməniləri qane etmir. Çünki Sərkisyan rejiminin antidemokratikliyi erməni diasporunun Avropa strukturları ilə əlaqələrinin inkişafına, Ermənistana maddi dəstəyin və investisiyaların cəlb olunmasına və təbii ki, bu kontekstdə diasporun öz maraqlarına da mane olur. Avropadakı Erməni Assosiasiyaları Forumunun sədri Aşot Qriqoryanın açıqlamalarını da məhz bu kontekstdən dəyərləndirmək lazımdır”.

Ekspertin fikrincə, bu, o demək deyil ki, Aşot Qriqoryanın, yaxud hansısa başqa bir diaspor rəhbərinin görmək istədiyi Ermənistan işğalçılıqdan dərhal əl çəkəcək və konstruktiv mövqe sərgiləyəcək: “İstər Avropadakı, istərsə də Amerikadakı erməni təşkilatlarının ali məqsədi Dağlıq Qarabağın Azərbaycandan qopardılmasıdır. Əslində Dağlıq Qarabağda separatizmi körükləyən də diaspor olub. Azərbaycan ərazilərinin işğal edilməsinin ideoloji mərkəzi rolunda erməni Qriqoryan kilsəsi və erməni diasporu çıxış edib. Bu reallıq bu gün də dəyişməyib. Bu baxımdan Aşot Qriqoryan kimilərin açıqlamalarını ermənilərin maraqları baxımından dəyərləndirmək lazımdır. Bizim üçün isə ən əlverişli Ermənistan - məğlub olmuş Ermənistandır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da təsdiqləyir ki, Ermənistanda parlament seçkisi yaxınlaşdıqca bu ölkədə vəziyyət gərginləşəcək: “Bu, iki səbəbə görə baş verəcək. Birinci səbəb odur ki, hakimiyyət içində qovğa var, kimin gələcək baş nazir və prezident olacağı hələ müəyyənləşməyib. Belə görünür ki, hazırki baş nazir Karen Karapetyan öz mövqeyini asanlıqla prezident Serj Sərkisyana təslim etmək istəmir. Konstitusiya dəyişikliyinə görə bu ildən başlayaraq Ermənistanda əsas fiqur prezident yox, baş nazir olacaq. Ona görə də bu post uğrunda gərgin mübarizə gözlənilir. İkinci səbəb odur ki, Sərkisyana müxalif olan bütün qüvvələr ona qarşı etiraz səslərini daha gur ucaltmağa başlayıblar. Bunun üçün münbit zəmin var. Ermənistan iqtisadiyyatı və sosial durumu getdikcə ağırlaşır, inflyasiya və ölkə tərk edənlərin sayı artır. Bu da müxalifətə hakimiyyətə qarşı hücum keçməyə şərait yaradır”.

Bununla belə, E.Şahinoğlu bu qarışıqlığın Qarabağ münaqişəsinin həllinə təsir edəcəyini düşünmür: “Ancaq cəbhə bölgəsində əlavə gərginlik Sərkisyanın işini çətinləşdirə bilər. Onsuz da 4 günlük aprel savaşından sonra Ermənistan hələ də özünə gələ bilməyib, cəbhə bölgəsində artan itkilər Sərkisyanın əleyhinə işləyir. Ona görə bizim snayperlərimiz və kəşfiyyat qruplarımız fəaliyyətlərini bir az daha genişləndirməlidirlər”.

Maraqlıdır, bu mərhələdə Moskva Sərkisyana dəstək olacaqmı? Yoxsa Kremlin yeni kadrı var? E.Şahinoğlu: “Ermənistan Rusiyadan o qədər asılı vəziyyətdədir ki, bu ölkədə prezident və baş nazir olmaq üçün birinci növbədə Moskvanın icazəsini almaq lazımdır. Moskva isə Ermənistanda kimə üstünlük verəcəyi ilə bağlı qərarı son anda verəcək. Bu qərarın gecikməsi Sərkisyanın gərginliyini artıracaq”.

Politoloq indiki situasiyada ehtiyatlı davranmağı zəruri sayır: “Çünki ordumuz hücuma keçsə, bu, əksinə, Serj Sərkisyanın işinə yaraya bilər. Birincisi, o, fövqəladə vəziyyət elan edib seçkiləri təxirə salar, ikincisi müharibədən istifadə edərək cəmiyyətini ümumi ”hədəf" ətrafında birləşdirər. Məncə, Sərkisyana belə şans vermək lazım deyil. Ancaq yenə də təkrar edirəm, snayperlərimiz və kəşfiyyat qruplarımız öz işlərində olmalı, düşmənin itkilərini artırmalıdırlar. Bunu bizə heç kim, hətta Moskva da qadağan edə bilməz".

Moskvaya gəldikdə, Rusiya xarici işlər naziri Sergey Lavrov uzun fasilədən sonra Qarabağla bağlı sükutu pozub. Bu dəfə isə o iddia edib ki, “Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər” (apa). XİN rəhbəri bildirib ki, Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz: “Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir”. Rusiyanın Qarabağla bağlı nə etdikləri isə nəinki AzərbaycanErmənistana, bütün dünyaya yaxşı məlumdur. 2016-cı ilin aprel döyüşlərində Ermənistanı xilas edən məhz Rusiya oldu. Əks təqdirdə, indi Azərbaycan bayrağı Xankəndi üzərində dalğalanırdı... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar