Xəbər xətti

22 APREL

16:00 Səudiyyə kralı PUA insidenti zamanı sarayda olmayıb

15:56 Dövlət qulluğuna qəbul imtahanı keçirilib

15:52 Boksun canlı əfsanəsi Ərdoğanla görüşmək istədi

15:47 Oqtay Şirəliyev bu vəzifəli şəxslərlə bağlı əmr imzaladı

15:41 Nikaraquada mitinqlər zamanı 10 nəfər ölüb

15:35 DİM abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib

15:29 Əfqanıstanda gün ərzində ikinci partlayış: 7 nəfər ölüb, 10-u yaralanıb

15:23 Metroda intihar edən qadının kimliyi məlum olub

15:17 Sabah hava necə olacaq? - Proqnoz

15:11 Səudiyyə kralının sarayında nə baş verir?

15:05 Türkiyə silkələndi

15:03 Barcelona azarkeşləri İspaniya kralına məhəl qoymadı

14:59 İŞİD Kabildəki terrora görə məsuliyyəti üzərinə götürüb

14:54 Nigar Röya ilə bağlı sualları cavabsız qoydu

14:52 Yerevan yenə qaynayır - Canlı yayım

14:48 İrəvanda polis etiraz aksiyasını dağıdıb, onlarla aksiyaçı saxlanılıb

14:45 Bakı meri postuna ehtimal olunan namizəd - İddia

14:42 ““Barselona”da yadplanetlilər oynayır” - Montella

14:36 Polisdən Paşinyanla bağlı açıqlama: Aradan çıxardıq

14:33 Ermənistanın yeni prezidenti Qarabağdakı separatçıların lideri ilə görüşdü

14:30 “Bir daha qadın kimi xoşbəxt olmayacam” - Məleykə

14:24 Müsəlman ölkəsində partlayış: 31 ölü, 50-dən çox yaralı

14:18 Üç ayda əhalinin gəlirləri 9,8 faiz artıb

14:12 Bakı metrosunda dəhşət: Qadının başı bədənindən ayrıldı

14:06 “Erməni soyqırımı” aksiyalarına azərbaycanlı mühacirlər qoşula bilər

14:00 Sabirabadda 26 yaşlı oğlan bıçaqlandı

13:44 Prezidentin vəzifə verdiyi İnam Kərimov kimdir?

13:38 Dərbənddə 9 silahlı məhv edildi

13:31 İngiltərənin Championship divizionunda çempion rəsmiləşdi

13:25 “Novruz Məmmədov heç bir qruplaşmada olmayıb”- Komitə sədri

13:19 Göygöldə işləyən Bakı sakini yıxılaraq ağır xəsarət alıb

13:13 “Titanik”də ilk naharın menyusu 140 min dollara satılıb

13:07 Bakıda palçıq vulkanı belə püskürdü - Foto

13:01 Vladimir Nabokov Dostoyevski haqqında nə yazırdı?

12:56 “Hesab edin ki, artıq problemlər həll olunub” - “Qaçqınkom”un yeni sədri

12:50 Kabildə partlayış - 4 ölü, 15 yaralı

12:44 Levandovskidən yeni rekord

12:38 “İran ABŞ-la dustaqları dəyişməyə hazırdır”

12:32 Müşfiq Vasifə “Matışka” dedi - Efirdə biabırçılıq

12:26 Müdafiə Nazirliyindən Ermənistanın təxribatı ilə bağlı açıqlama

12:20 Ağstafada piyadanı avtomobil vurub

12:14 Mindən çox əsiri düşməndən xilas edən Milli Qəhrəman

12:10 Erməni polisi etirazçıları mühasirəyə alıb, müxalif lider Paşinyan saxlanılıb - Video

12:08 ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var

12:02 Sarkisyanla Paşinyan arasında gərgin görüş - Video

11:57 Çilidə partlayış nəticəsində 50 nəfər xəsarət alıb

11:57 Bu gün Şəmkir turnirində V turun görüşləri keçiriləcək

11:51 Moskvada qasırğa: iki nəfər həlak oldu

11:45 “Barselona” 30-cu dəfə İspaniya kubokunu qazandı

11:39 Sumqayıtda dənizə çıxmış 2 gənc batıb

11:33 Alişanın Buseyə evlilik şərti var

11:27 Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb

11:21 Minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var

11:15 Ərdoğan: “ABŞ Türkiyə üçün təhlükədir”

11:09 Azərbaycanda yeni hökumət: 5 naziri, komitə sədrlərini və digərlərini nə gözləyir?

11:03 İran nüvə proqramını bərpa etməyə hazırdır

10:59 Bu gün rus bölməsinin məzunları imtahan verir

10:53 Bakıda mənzildən kişi meyiti tapılıb

10:47 Bakı Şəhər İcra Hakimiyyətinə hazırda o rəhbərlik edir

10:41 Oğuzda zəlzələ olub

10:35 Yeni nazirlər hansı tanınmışların övladıdır?

10:29 Cəbhədə bu gecə də sakit keçməyib

10:23 “Novruz Məmmədov hökumətin ən təmiz məmurlarındandır”

10:18 AZAL-ın təyyarəsi Moskvanın əvəzinə Sankt-Peterburqda yerə endi

10:13 Sərkisyan: “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”

10:09 Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

10:04 Səudiyyə Ərəbistanında dövlət çevrilişi cəhdi - Video

10:00 Bu gün bürcünüz nələr vəd edir?

21 APREL

21:58 Moskvada güclü qasırğa: 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb

21:49 Goranboyda güclü yağış nəqliyyatın hərəkətini pozub

21:38 Eyni gündə həm nişanlandı, həm də ərə getdi

21:30 Goranboy sakini dəm qazından zəhərlənib

21:17 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

21:04 Dərbənddə əməliyyat: 9 silahlı məhv edildi

20:48 “Azərbaycan Kubokunun finalı Naxçıvanda və ya Lənkəranda keçirilməlidir”

20:33 Ağsuda iki “VAZ 2106” toqquşub, 4 nəfər yaralanıb

20:26 Sumqayıtda iki yeniyetmə dənizdə yoxa çıxdı

19:59 Londonda Sarkisyan əleyhinə nümayiş keçirilib

19:48 Usta hündürlükdən yıxılaraq ağır xəsarət alıb

19:35 Dmitri Medvedev Novruz Məmmədovu təbrik edib

19:23 “Lokomotiv”dən ardıcıl 2-ci çempionluq

19:17 Bahçeli: “Seçkilərdə partiyamızın prezidentliyə namizədi Ərdoğandır”

19:10 Hökumətdəki bu postlara təyinat olmayıb - Siyahı

18:56 Göygöldə içərisində 6 nəfər olan avtomobil qar dərəsinə düşdü

18:47 Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? - Dosye

18:41 Bu il tütün idxalı və ixracı azalıb

18:33 Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr təyin edilib

18:26 Qərb İraqdakı kimi Suriyada da tədrici soyqırımı aparır

18:14 Azərbaycanda işsizlərin sayı azalıb

18:08 Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

18:00 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər

17:55 ASAN Xidmətin rəhbəri kənd təsərrüfatı naziri təyin edilib

17:53 Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

17:50 Səlim Müslümov vəzifəsindən azad edildi

17:46 “Heç vaxt saçımı kəsdirməmişəm“ - xalq artisti

17:40 Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

17:32 Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - Siyahı

17:29 Fövqəladə hal zamanı qaydalara əməl etməyən təşkilatların fəaliyyəti dayandırılacaq

17:16 Qızıl 11 dollardan çox ucuzlaşıb - Qiymət

17:11 Məhkəmə ANS-lə bağlı qərarını açıqladı

17:03 Ceyms Appaturay Azərbaycan prezidentini təbrik edib

16:54 Ermənistanın daha üç şəhəri etiraz aksiyalarına qoşuldu

16:47 Rusiyada təyyarə sərt eniş edib - Ölənlər var

16:41 Şamaxıda yeni istifadəyə verilən 3 yol dağıldı

16:33 Türkiyə Azərbaycana alça ixracına başladı

16:25 Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib

15:55 ABŞ marixunanı leqallaşdırır – Federal səviyyədə

15:40 “İlhamə Quliyeva dedi ki, qoyma...“ Nüşabə Tunar qalmaqalı haqda

15:33 “Real“dan Ronaldoya yeni təklif -ilinə 30 milyon avro

15:20 Prezident Novruz Məmmədovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb

15:12 “Kvadrat” - Tatyana Tolstayanın məşhur hekayəsi

15:05 Şimali Koreya bütün nüvə sınaqlarını dayandırır- Bu gündən

14:33 Yeni baş nazirimiz kinoya da çəkilib – Video

14:22 İraq Küveytə 90 milyon dollar ödəyəcək- 1990-cı il təcavüzünə görə

14:15 Trampın Xarici işlər nazirini Senat təsdiqləməyə bilər - Təhlil

14:09 Fransa yığması dünya çempionu olarsa…- Hər oyunçu 400 min avro alacaq

14:05 Saakaşvilidən Sərkisyana: Moskvanı az imitasiya et

13:27 Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu sürüşmə nəticəsində dağılıb

13:22 AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək etmək niyyətindədir

13:13 “Müşviq mənim çörəyimi yeyir“ - İzzət



ANALİZ

...

Sərkisyan Kremlin “dobro”sundan məhrum ola bilər...

Tarix 14.11.17, 9:20

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın taleyi həll edilir - kritik 10 gün


Boynunda “rus ilgəyi” olan Sərksiyan üçün çoxməchullu tənlik ; İrəvanda tələbə etirazlarının bu həftə pik həddə çatacağı gözlənilir – ölkə yeni qanlı toqquşmalar astanasında; 24 noyabra kimi həm Brüssel, həm də Moskva ilə anlaşmalı olacaq Sərkisyan Kremlin “dobro”sundan məhrum ola bilər...    

Dünən - həftənin birinci günündən etibarən işğalçı Ermənistanı yenidən kütləvi tələbə etirazları bürüyüb. “Yeni Müsavat”ın xəbər verdiyi kimi, tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə qarşı çıxırlar. Onlara cəmiyyətin digər təbəqələri, ələlxüsus əsgər anaları da dəstək verir. 

Qanun layihəsi bu gün və sabah - noyabrın 14-17-si arası parlamentin plenar iclasının müzakirəsinə çıxarılacaq. Oktyabrın 27-də o, artıq 1-ci oxunuşda qəbul edilib. Bununla belə, 5-ci gündür davam edən etirazlar müəyyən nəticə də verib. Belə ki, musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin müavini Artan Zakaryan deyib ki, qanun layihəsinə bəzi düzəlişlər edilib. Həmin düzəlişlərə görə, yeni qanun müstəsna istedadı olan tələbələrə şamil olunmayacaq. Yəni onların möhlət hüququ saxlanacaq.

Lakin tələbələr bunu yetərli saymırlar. “Elmin İnkişafı Naminə” hərəkatın koordinatoru David Petrosyan bildirib ki, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir. “Bunu da ölkədə hamı bilir”, - deyə o qeyd edib (“Report”).

*****

Onu da qeyd edək ki, etirazçıların məsələ ilə bağlı bu günədək baş nazir Karen Karapetyan və müdafiə naziri Vigen Sərkisyanla keçirdikləri görüşlər nəticəsiz bitib. O üzdən aksiyaların bu həftə - sənədin müzakirə edildiyi günlərdə pik həddinə çatacağı istisna olunmur. Hakim rejimin kriminal mahiyyətini nəzərə alsaq, qanlı toqquşmalar da mümkündür. Bu isə ilk növbədə prezident Serj Sərkisyan üçün yeni başağrısı və sınaq deməkdir - həm də beynəlxalq insan haqları təsisatları qarşısında.

Sərkisyan isə sabah Moskvaya səfərə hazırlaşır. Güman ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistanın daxili durumu da müzakirə predmedi olacaq. İstisna deyil ki, Sərkisyan Kreml başçısından bu xüsusda da qiymətli “təlimatlar” alsın. Bu təlimatlar indi Avropa Birliyinin (AB) 24 noyabr Brüssel sammiti öncəsi xüsusi önəm daşıyır - hansı sammitdə ki, Sərkisyan da iştirak edəcək və AB ilə Ermənistan arasında imzalanması gözlənilən çərçivə sənədinin taleyinə aydınlıq gələcək.

Elə Sərkisyanın öz taleyi də, belə demək mümkünsə, qarşıdakı 10 gündə həll olunur. Bir amili dedik - getdikcə böyüyən tələbə hərəkatı. Məsələ ondadır ki, İrəvandakı tələbə etirazları bütövlükdə hakim rejimdən narazı qüvvələrin hamısını konsolidasiya edə və ayağa qaldıra bilər. İkincisi isə Brüsseldə özünü “yandıracağı” təqdirdə Sərkisyan gələn ilin aprelində yeni baş nazir qismində təsdiqlənməsi üçün Kremlin “dobro”sunu almaya bilər.

*****

Beləliklə, qarşıda Ermənistanın hakimiyyət başçısı üçün kritik 10 gün durur. Bu 10 gündə Sərkisyan həm tələbə etirazlarını sivil üsullarla yatırdıb Brüsselə təməl insan haqları ilə bağlı ciddi qınaqlar olmadan yollanmağı bacarmalı, həm də Moskvada Putindən aldığı son göstərişlərə əməl edib də AB ilə yeni münasibətləri Kremlin maraqlarına toxunmadan qurmağı təmin eləməlidir. Yəni daxili və xarici təhdidlərin öhdəsindən gəlməlidir.

Birinci amildən başlayaq. Böyük ehtimalla, parlament tələbə gənclərin əleyhinə olan qanun layihəsini bu həftə qəbul edəcək. Çünki erməni işğalçı ordusu kəskin çağırışçı problemi yaşayır, başqa yol yoxdur. Demək, etirazlar da güclənəcək ki, səngiməyəcək.

Brüssel sammitinə gəlincə, bu məsələdə də İrəvan dilemma qarşısındadır. Çünki Sərkisyan bir yandan, Qarabağ məsələsinə görə Rusiya ilə münasibətlər üzərində əsirsə, başqa yandan, Avropa Birliyinə, bütövlükdə Qərbə reveranslar hesabına Azərbaycanın Dağlıq Qarabağ məsələsində uğurlu manevr imkanlarını daraltmağa çalışır.

Azərbaycanın belə uğurlu manevrlərdən biri də AB-nin Brüssel sammitində qəbul ediləcək yekun bəyannamənin 2-ci bəndinə Gürcüstan, Ukrayna və Moldova ilə birgə təşəbbüs sayəsində AB-yə tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı haqda müddəanın daxil edilməsidir. Xəbər verdiyimiz kimi, rəsmi İrəvan bundan çox narahatdır və dəridən-qabıqdan çıxır ki, həmin müddəa oradan çıxarılsın və ya heç olmasa, məxsusi Qarabağ konflikti ilə bağlı Minsk Qrupu həmsədrlərinin tez-tez səsləndirdikləri “üç prinsip” (onların arasında “öz müqəddəratını təyinetmə” də var) əlavə edilsin.

Lakin bundan ötrü Ermənistanın AB-nin müəyyən şərtlərin əməl etməsi, o sırada Rusiyadan uzaqlaşmasını göstərən hansısa hərəkətlər eləməsi vacibdir. Bu isə artıq Moskvanın “quyruğunu” tapdamaqdır. Hətta AB ilə çərçivə sənədinin imzalanması şərtlərindən biri sayılan Metsamor AES-in ləğvi tələbi də Rusiyanın maraqlarına cavab vermir. Çünki sözügedən AES Moskvanın Ermənistandakı dayaqlarından biridir.  

Beləliklə, qarşıdakı 10 gündə boynunda “rus ilgəyi” olan Serj Sərkisyanı çoxməchullu bir tənlik gözləyir. Onun yanlış həlli işğalçı ölkənin başçısını bitirə bilər. (musavat.com)  

pia.az             










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

“Hesab edin ki, artıq problemlər həll olunub” - “Qaçqınkom”un yeni sədri

bitmap-img3

Rakurs

Falçının zorladığı qızlardan dəhşətli açıqlamalar - Video

bitmap-img3

Seçmələr

“Çox ciddi islahatlar aparacağıq…” – Prezident andiçmə mərasimdə mühüm mesajlar verdi

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru