Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serj Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edib


“İstənilən cəmiyyətdə narazılıq müşahidə olunur. Ermənistan bu nöqteyi-nəzərdən istisna deyil”


APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarkisyan özünün yeni təyinatı ilə bağlı Yerevanda keçirilən etiraz aksiyalarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan kimi ölkələrdə narazılıq daha kəskin şəkildə olur: “Lakin Ermənistanda narazılığın ifadə edilməsinə heç bir maneə yaradılmır. Qeyri-dinc xarakterli aksiyalar istisnadır – bu həm hökumətin, həm də cəmiyyətin xeyrinədir. Bütün aksiyalar qanun çərçivəsində keçirilməlidir”.

“Bizim asayiş keşikçilərimiz təmkinlilik nümayiş etdirdilər. Mən hüquq-mühafizə orqanlarının güc tətbiq etmək məcburiyyətində qalmasını istəmirəm. Belə niyyət heç yoxdur. Amma ölkədə qanunsuzluq abu-havası hökm sürməməlidir”, – deyə Serj Sarkisyan qeyd edib.

Qeyd edək ki, Yerevanda aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Bir neçə gün əvvəl sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar