Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serj Sarkisyan Ermənistanın baş naziri seçilib


Keçmiş prezident 77 deputatın səsini alıb. 17 deputat Sarkisyanın əleyhinə olub.


PİA.AZ erməni mətbuatına əsasən xəbər verir ki, Ermənistan Milli Məclisində açıq səsvermə yolu ilə keçmiş prezident Serj Sarkisyan baş nazir seşilib. Keçmiş prezident 77 deputatın səsini alıb. 17 deputat Sarkisyanın əleyhinə olub.

Ermənistanın yeni konstitutsiyasına əsasən prezident elə bu gün Ermənistanın 3-cü prezidentini baş nazir vəzifəsinə təyin edəcək. 

Qeyd edək ki, aprelin 9-da Ermənistan yeni konstitutsiya quruluşu qüvvəyə minib. Elə həmin gün Ermənistan parlamentin tərəfindən seçilən Armen Sakisyan prezident olaraq and içib. Yeni konstitutsiyaya əsasən baş nazir prezidentdən daha geniş səlahiyyətlərə sahibdir.

Xatırladaq ki, aprelin 10-dan  etibarən bir qrup ictimai fəal Yerevanın mərkəzində Serj Sarkisyanın baş nazir qismində yenidən hakimiyyətə qayıtmasına qarşı itaətsizlik aksiyaları keçirirlər. Etiraz aksiyalarının təşkilatçısı, müxalif deputat  Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyan öz tərəfdarları ilə Serj Sarkisyanın baş nazirliyinə qarşı aksiyalara qatılmaq çağırışları ilə Ermənistanın bir sıra rayonlarına piyada yürüş keçiriblər. Aprelin 13-də Yerevanın Azadlıq meydanında minlərlə etirazçının qarşısında çıxış edən müxalifət lideri Nikol Paşinyan deyib ki, onlar “Serj Sarkisyanın Baş nazir ola bilməməsi üçün nə mümkündürsə edəcəklər”. Dünən isə bu etiraz aksiyaları bir az daha genişlənib. Etiraz aksiyalarının təşkilatçısı, müxalif deputat Nikol Paşinyan dünən axşam xalqa müraciət edərək Ermənistanın "Azərbaycanlaşdırılmasına" artıq dözməyəcəklərini dilə gətirib. 

Ən son məlumata görə isə Nikol Paşinyan çərşənbə axşamı Erevanın Fransa meydanında bildirib ki, “məxməri, xalq və dinc inqilaba başlayır”. “Ölkədə inqilabi vəziyyət yetişir. Gümrü, İcevan, Vamadzor, Kapan və Metsamor şəhərlərində etirazçılar küçələri və dövlətlərarası yolları bağlayır. Adamlar işə getmir, kütləvi tətillər başlayıb”, - deyə Paşinyan bildirib. Etirazçılar həmşinin Ermənistan DİN-nin binasını və bir sıra hökümət binalarını mühasirəyə alıblar. Polis baş verənlərə demək olar ki, müdaxilə etmir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar