Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəddə “bir pəncərə” prinsipi tətbiq olunacaq

Dövlət Gömrük Komitəsi (DGK) sərhəddə baytarlıq və fitosanitar nəzarət zamanı "bir pəncərə" prinsipi tətbiq edəcək


Bu barədə DGK-nın sədri Səfər Mehdiyev 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında deyib.

O bildirib: "Bu, həmin sahədə süni maneələrin qarşısını almağa imkan verəcək, bu sahədə ixrac-idxal əməliyyatlarını müasir tələblər əsasında icra etməyə, müvafiq prosedurların operativliyini təmin etməyə və sərhəddə nəzarət-buraxılış məntəqələrində buraxılış qabiliyyətini artırmağa kömək edəcək".

Qeyd edək ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və Dünya Bankının Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə təşkil olunan 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı öz işinə başlayıb.

24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" sərgisi ilə paralel keçirilən konfransın məqsədi qida təhlükəsizliyi sahəsindəki yenidənqurma işlərini inkişaf etdirmək üçün Azərbaycan höküməti, qida sənayesi nümayəndələri, beynəlxalq ticarət tərəfdaşları və dövlət nəzarətini həyata keçirən qurumları bir araya toplamaqdır.(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar