Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriyada “Ən-Nüsra” terrorçularını atəş altından çıxarmaq cəhdləri müşahidə olunur. XİN rəhbərinin sözlərinə görə, ABŞ “Ən-Nüsra”ya göz yumur
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün Moskvada Efiopiyanın xarici işlər naziri Vorknex Gabexeyu ilə görüşdən sonra Lavrov deyib: “Suriyada terrorçuluqla mübarizə təcrübəsi əsasında tam təəssürat formalaşır ki, adı nə olur olsun, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri “Cəbhət-ən-Nüsra”ya göz yumurlar. Son günlər sübiutlar meydana gəlib ki, bu terror təşkilatını aviazərbələrin altından çəkib çıxarırlar”.
Lavrov əlavə edib ki, bu “çox təhlükəli oyun”dur və terrorçuluqla mübarizədə güzəşt olmamalıdır.
pia.az