Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu


Bu gün ADP İdarə Heyətinin növbədənkənar iclası keçirilib


Yığıncaqda fevralın 19-da partiyanın İdarə Heyətində müzakirəsi yarımçıq saxlanılan 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində ADP-nin iştirak etməsi məsələsinin müzakirəsi davam etdirilib. 

Müzakirələrdə ADP İdarə Heyətinin bütün üzvlərinin bu məsələ ilə bağlı fikir və rəyləri bir daha dinlənilib. Ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət, həmçinin regionda və dünyada gedən proseslərin ölkənin gələcəyinə mümkün təsirləri dəyərləndirilib, bu seçkilərdə ölkənin müxalifət partiyalarının dağınıqlığının vahid müxalifət mövqeyinin formalaşmasına imkan vermədiyi qeyd edilib. 

Seçkilərin xalqın siyasi aktivliyinin artırılmasında rolunu, partiyanın ölkənin indiki durumdan çıxarılması ilə bağlı ideyalarının seçkilər zamanı xalqa çatdırılması imkanlarını, partiyanın son on ildə izlədiyi siyasi dialoq və konstruktivizm siyasətini, demokratikləşmədə iştirakçılıq prinsipinin mühüm əhəmiyyətini nəzərə alaraq ADP-nin 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində partiyanın sədri Sərdar Cəlaloğlunun namizədliyi ilə iştirak etməsi barədə qərar qəbul olunub. Bu məsələ ilə bağlı prosedur addımlarının atılması ilə bağlı partiyanın müvafiq strukturlarına göstərişlər verilib. (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar